Azərbaycanlı səfir etimad məktubunu Ümumdünya Ərzaq Proqramının direktoruna təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı səfir etimad məktubunu Ümumdünya Ərzaq Proqramının direktoruna təqdim edib

12:38 - 25 / 05 / 2016
Azərbaycanlı səfir etimad məktubunu Ümumdünya Ərzaq Proqramının direktoruna təqdim edib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycanın BMT-nin Roma şəhərindəki agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

1news.az-a səfirikdən verilən xəbərə görə, etimad məktubu təqdim edildikdən sonra M.Əhmədzadə ilə E.Kazin arasında görüş keçirilib.

ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib. O, əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını, lakin ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-ın göstərdiyi humanitar yardımlarının əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
539

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər