Parisdə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub – FOTO
Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Fransanın yüksək vəzifəli rəsmiləri, Xarici İşlər, Müdafiə nazirliklərinin əməkdaşları, senatorlar, Milli Assambleyanın deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun, eləcə də işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, diaspor təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.
Rəsmi qəbul ziyafətlə davam edib.
1news.az
721