Litvada ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edən kitabın təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Litvada ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edən kitabın təqdimatı olub – FOTO

13:44 - 03 / 06 / 2016
Litvada ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edən kitabın təqdimatı olub – FOTO

Cari ilin 2 iyun tarixində Litvanın Edukologiya Universitetində litvalı tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqaza köçü. XX əsr” adlı kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis və müəllim heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, tarixçilər, yerli media nümayəndələri iştirak ediblər.

Mərasimi çıxış sözü ilə açan Edukologiya Universitetinin rektoru A.Qaijutis kitabın müəllifini və qonaqları salamlayaraq bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd kimsəni qınamaq və ya günahladırmaq deyil, bu tədbir – həqiqətin axtarılması üçün bir fürsətdir. O, bir tərəfin deyil, bütün tərəflərin fikrinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək, Litvada ilk dəfə olaraq belə bir kitabın yazıldığını və nəşr edildiyini vurğulayıb və bunun sonuncu olmadığına əmin olduğunu bildirib.

Səfir H.Məmmədzadə öz çıxışında Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək Azərbaycan və Ermənistan tarixi ilə maraqlanmağa başlamasınının vacibliyini vurğulayıb:

“Ən əsası odur ki, bu kitab Azərbaycan və Ermənistan tarixinə  litvalıların bitərəfli yanaşmasını göstərir və hesab edirəm ki, ədalət prinsipi qorunur”. Səfir eyni səhvlərin edilməməsi üçün tarixin öyrənilməsinin vacibliyini vurğulayıb.

Kitabın müəllifi A.Liyekis çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başladığı və kitabın yazılma prosesi haqqında danışıb. Kitabın yazılmasında rus, ingilis və gürcü mənbələrindən istifadə etdiyini deyən müəllif Litvada hər iki ölkənin tarixi haqqında təhrif  edilmiş məlumatların olduğunu diqqətə çatdırıb:

“Litvada yanlış bir fikir fomalaşıb ki, bu məsələlərdə azərbaycanlılar günahkardırlar. Litvada bilmirlər ki, Yerevan nə vaxtsa Azərbaycana məxsus olub”.

Müəllif ermənilərin qonşuları ilə normal münasibətlər qura bilməməsi, onlara torpaq iddiası etməsini iştirakçıların diqqətinə çatdırıb. Hətta, tarixi araşdırarkən Azərbaycanın Dağlıq Qarabağı itirməsi ilə Litvanın da bir vaxtlar Vilnüs diyarını itirməsi arasında oxşarlığı tarixçi-alim iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən jurnalis Audris Antanaytis bu yaxınlarda Azərbaycana getdiyini, ancaq təəssüflər olsun ki, oraya yanlış yerdən səfər etdiyini və bu barədə səfirdən uzr istədiyi bildirib. Bu sadəcə bir jurnalist həvəskarlığı olduğunu qeyd edib. Həmçinin, Qağlıq Qarabağa getməmişdən öncə bu kitabı oxumadığından da çox təəssüfləndiyini bildirib.

Yazıçı Yonas Ujurka isə öz çıxışında bildirib ki, bu kitab işıq üzü gördükdən sonra Azərbaycan tarixini Litva tarixçilərinin də gözü ilə görmək olar.

Daha sonra çıxış edənlər müəllifin arxiv materiallarından istifadə edərək, oxucular üçün zəruri, həqiqi faktlara əsaslanan bir kitabı ərsəyə gətirməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 2016-ci ilin mart ayında işıq üzü görmüş kitabda Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. Bu, litvalı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan ilk kitabdır və Litva elmi ictimaiyyəti və oxucular tərəfindən maraqla qarşılanıb.

Beş yüz tirajla nəşr edilmiş kitabın iki yüz əlli iki ədədi Litvanın şəhər kitabxanalarına verilib (müqavilə əsasında), qalan  hissəsi isə Litva siyasətçiləri və tarixçiləri arasında paylanıb. Kitabın elektron versiyası “elibrary.lt” (elektron kitabxana)  internet portalında yerləşdirilib. Kitaba maraq göstərildiyi nəzərə alınaraq, Litva dilində ikinci dəfə çapa verilib. Eyni zamanda, kitab rus dilinə tərcüməsi edilib və hazırda çap edilməsi üzərində işlər gedir.

Kitabın müəllifi, professor, elmlər doktoru A.Liyekis 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, həmçinin 79 kitabın müəllifi və ya həmmüəllifidir. A.Lekis Elmşünaslıq İnstitutunun direktorudur. “Litva elmi” və “Litva xalqı” adlı yeddi elmi kitabın baş redaktoru olub. Onun tərəfindən yazılmış kitabların əksəriyyəti Litva xalqının və dövlətinin tarixindən bəhs edib.

Kitab haqqında Litvanın nüfuzlu “Literatura-menas” jurnalında, “Karştas komentaras” həftəlik qəzetinin 8,9, və 10 nömrələrində, “slaptai.lt” internet portalında məqalələr dərc olunub.

1news.az

Paylaş:
676

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər