EURASIANET: “Dördgünlük müharibədən” sonra Ermənistan diplomatiyasının yeni kursu
Mayın əvvəlində Ermənistan rəhbərliyi “Dağlıq Qarabağın tanınması”nı istifadə edərək Azərbaycana qarşı münaqişənin sülh yolu ilə nizamlanması məsələsində diplomatik oyuna başladı.
Bu haqda Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi Nurlan Əliyevin “EurasiaNet” saytında dərc olunan məqaləsində qeyd olunur.
“Qondarma Dağlıq Qarabağın müstəqilliyinin” (söhbət həqiqətən də separatçı rejimin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından gedir) tanınması haqqında qanunlayihəsi Ermənistan tərəfindən Dağlıq Qarabağın münaqişə zonasında aprelin 2-5-də azərbaycanlı-erməni silahlı qüvvələrinin toqquşmasından sonra “dördgünlük müharibədən” sonra təşəbbüs olaraq irəli sürülüb.
Mayın 5-də Ermənistanın Nazirlər Kabineti “İrs” partiyasının deputatı Zarui Postancyanın və erməni milli konqresinin üzvü Qrant Baqratyanın təklif etdiyi qanunlayihəsini təsdiq edib. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Kocaryanın sözlərinə görə, qanunlayihəsi regionda “Ermənistanla Dağlıq Qarabağ arasındakı müzakirələrin, hadisələrin sonrakı inkişafının nəticəsi olaraq” təsdiq edilib, bu haqda erməni KİV-i məlumat yayır.
Nurlan Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistanın bu təşəbbüsünü Dağlıq Qarabağ münaqşəsinin nizamlanması istiqamətində danışıqlar cəhdinin pozulaması olaraq qınayıb.
Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi danışıqların sülh yolu ilə həllinin vasitəçiləri olaraq istənilən formada “Dağlıq Qarabağın tanınması” ilə bağlı narazılıqlarını bildiriblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfləri “zəif atəşkəs rejiminin pozulmasına və gərginliyin artmasına səbəb olacaq addımların atılmaması ilə bağlı xəbərdar edib”.
Danışıqlar prosesini bərpa etməyə çağıran ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Mark Toner qeyd edib ki, nə ABŞ, nə də beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın müstəqilliyini Azərbaycandan kənarda tanımayacaq. “Regionun “yekun statusu” hərtərəfli razılaşma əsasında qəbul edilməlidir”, - o bildirib.
“Beynəlxalq narazılıqlar fonunda Ermənistan rəhbərliyi geriyə addım atdı. Bəyanat verildi ki, söhbət Dağlıq Qarabağın müstəqilliynin tanınmasından deyil, iki deputatın irəli sürdüyü qanunlayihəsi ilə bağlı təşəbbüsdən nəticə çıxarılmasından gedir”, - N.Əliyev yazır.
Öz məqaləsində müəllif qeyd edir ki, 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin ən fəal mərhələsində rəhbər olan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bu narazılıqla şərikdir:
“Beynəlxalq təşkilatların dəstəyi olmadan, ən azından bir və ya iki güclü dövlətin Dağlıq Qarabağın müsətqilliyinin Azərbaycandan kənarda tanınması gözlənilməz nəticələrə gətirib çıxara bilər”.
Bu mövqe hələ 1997-ci ildə “Sülh və müharibə? Ciddi fəaliyyət göstərmək lazımdır” adlı məqalədə səsələnərək Ter-Petrosyan münaqişənin nizamlanması prosesində güzəştlərin vacibliyini qeyd edib. “Gəlin özümüzü aldatmaqla və yanlış illüziyalara qapılmaqla məşğul olmayaq. Bizim Qarabağın müsətqilliyi məsələsində müttəfiqimiz yoxdur”, - o yazıb.
Ter-Petrosyanın güzəştlərin vacibliyi ilə bağlı sözləri ATƏT-in Minsk qrupunun amerikalı, fransız və rus həmsədrlərinin münaqişənin həllində yeni sülh planının təklif edilməsindən sonra səslənib. Bu plana əsasən uzunmüddətli razılığın əldə ediməsi üçün addım-addım yanaşma nəzərdə tutulub, EurasiaNet-in dərcində qeyd edilir.
Plan Dağlıq Qarabağın status məsələsini sülh prosesinin son mərhələsinədək təxirə salaraq Ermənistan tərəfindən Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması qeyd edir. Bu, yekun status haqda hərtərəfli razılığın əldə edilməsi üçün əlverişli şərait yarada bilər.
Məqalənin müəllifinin xatırladığı kimi, Azərbaycan və Ermənistan tərəfləri bu yanaşmanı qəbul etdi. Lakin tez bir zamanda Ter-Petrosyan hökumətinin nüfuzlu şəxsləri, eləcə də o vaxtkı milli təhlükəsizlik naziri, hazırda respublika prezidenti Serj Sarkisyan tərəfindən imtina edildi. Müxalifətin etiraz fonunda qınamaları, guya ki Ter-Petrosyan Qarabağı “satmaq” fikrindədir, prezidentin 1998-ci ildə istefa verməsinə səbəb oldu.
N.Əliyevin sözlərinə görə, dərin ziddiyyətlərə baxmayaraq köhnə düşmənlər (erməni milli konqresinin rəhbəri Ter-Petrosyan) və prezident Serj Sarkisyan hazırda dostdur. Onların aprel eslaksiyasından sonrakı görüşünün davamı olaraq Ter-Petrosyanın münaqişə zonasına gələrək işğal olunmuş Qarabağda separatçıların lideri ilə görüşü baş tutdu.
Sabiq prezident sonda taktikasının dəyişərək erməni diplomatlarını “xilasedici ayrılma” (remedial secession) prinsipini istifadə edərək doktrinalara əsasən, “zülmə məruz qalan insanlar təhdidlərə cavab olaraq bölünməni tələb etmək hüququna malikdir”.
“Görünür Ter-Petrosyan Dağlıq Qarabağın etnik təmizləmə qurbanı olan, eləcə də Ermənistan tərəfindən işğal olunmuş Qarabağa bitişik yeddi rayonunun azərnbaycanlı sakinlərinin hüquqları barədə unudub. Azərbaycanlı qaçqın və məcbur köçkünlərin ümumi sayı bir milyona yaxındır”, - N.Əliyev yazır.
“Həmçinin o, 1992-ci ildə Xocalıda etnik azərbaycanlılara qarşı soyqırımı həyata keçirilməsini xatırlatmağı da unudub. Belə ki, həmin dövrdə Ter-Petrosyan Ermənistanın prezidenti postunda, hazırki prezident Serj Sarkisyan isə Dağlıq Qarabağın separatçı qüvvələrinə rəhbərlik edirdi”, - müəllif yazır.
Uzun illər Ter-Petrosyanla Sarkisyan, əsasən də 2008-ci ildə prezident seçkilərindən sonra Ter-Petrosyan tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalardan sonra barışmaz düşmənlər hesab edilirdi. O zamanlar Ter-Petrosyan Sarkisyan hökumətini “Ermənistan üçün fəlakət” adlandırmışdı.
N.Əliyev hesab edir ki, hazırda Sarkisyan hökuməti Ter-Petrosyanı istifadə edərək daxili auditoriyaya xarici qüvvələrin təhdidinə qarşı milli həmrəyliyin vacibliyini göstərməyə çalışır.
“Bu həmrəylik öz növbəsində ölkədəki ictimai-iqtisadi vəziyyətin pisləşməsindən əhalinin diqqətini yayındırmaqdır”.
“Nəticə etibarilə Ter-Petrosyanın “sülh partiyasından” “müharibə partiyasına” dönüşü erməni siyasi elitasının sülh prosesinin qarşısını almaq və ən azından Ermənistana sərf edənədək status-kvonu sonsuzadək saxlamaqdır”, - məqalədə qeyd edilib.
“Lakin erməni diplomtiyasının yeni kursu münaqişənin yeni dövrünə təhrik edə bilər”, - müəllif əlavə edib.
Ter-Petrosyanın 1997-ci ildə erməni xalqına yazdığı məqaləsində qeyd edib ki, “bu məsələ sülh danışıqları əsasənda həll olunmalıdır; status-kvonun uzun müddət saxlanılması mümkün deyil, belə ki, nə beynəlxalq ictimaiyyət, nə Ermənistanın iqtisadi imkanları bunu etməyə icazə vermir. Qarabağ və Ermənistan vəziyyətin nizamlamamasıdan mənfəət əldə etməyəcək. Belə ki, bu, onların iqtisadi inkiafına mane olacaq”.
“Bu yanaşma indi də uyğundur. Münaqişənin kompleks həlli beynəlxalq normalar əsasında sülh danışıqlarına ədalətli və effektli nail olan zaman mümkündür”, - N.Əliyev yazır.
NewsHUB bölməsindən mətnin orijinal variantını oxuya bilərsiniz:
EURASIANET: A New Course for Armenian Diplomacy After the Four-Day War