İlham Şaban: “SOCAR-ın Avropada ekspansiyası erməniləri çox narahat edir” | 1news.az | Xəbərlər
Müsahibə

İlham Şaban: “SOCAR-ın Avropada ekspansiyası erməniləri çox narahat edir”

14:38 - 24 / 06 / 2016
İlham Şaban: “SOCAR-ın Avropada ekspansiyası erməniləri çox narahat edir”

Dövlət neft şirkəti SOCAR planlı olaraq öz biznesini genişləndirir, eləcə də Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Rumıniya və bir sıra ölkələrin bazarlarında öz mövqelərini möhkəmləndirir. 

Şirkətin gələcək biznes planlaşdırmasından çox şey asılıdır.

Hazırda şirkət öz biznesini necə inkişaf etdirir? SOCAR uzunmüddətli perspektivdə hansı planları işləyib hazırlayır? Nəhayət, onun fəaliyyətindən Azərbaycan vətəndaşları hansı dividentləri əldə edəcək?

Bütün bunlar haqda daha ətraflı  - Neft Tədqiqatları Mərkəzinin (Azərbaycan) rəhbəri İlham Şabanın 1news.az-a müsahibəsində yer alıb:

- Hazırda SOCAR beynəlxalq miqyaslı şirkətə çevrilmənin astanasındadır. Şirkət Avropa bazarlarında ekspansiyanı davam etdirir və bununla da onun planları bitmir. SOCAR-ın dünya üzrə nümayəndəlikləri daim artmaqdadır, burada şirkətin Sinqapur ofisini də qeyd etmək olar. SOCAR-ın bu istiqamətdə işlərini necə qiymətləndirirsiniz?

- SOCAR praktiki olaraq 2007-ci ildən Azərbaycanın hüdudlarından kənarda öz biznesini inkişaf etdirməyə başladı. Bu, şirkətin qonşu Gürcüstan bazarlarına çıxışından sonra baş verdi. Burada SOCAR öz təbii qazının satışını həyata keçirdi. Daha sonra elə həmin bazarda  “SOCAR” brendi adı altında ilk yanacaqdoldurma məntəqələri də meydana gəldi. 

Qeyd edək ki, bu brend qısa zaman ərzində Gürcüstanda çox məşhur oldu. SOCAR ölkənin çox vətəndaşlarında evlərə istilik bəxş edən şirkət olaraq təəssürat oyatdı. Həm də bu, sadəcə istilik bəxş etmək deyildi. Azərbaycan qazının Gürcüstana nəqli çox çətin zamanlarda başladı. Həs kəs xatırlayır ki, 2006-cı ilin dekabrında Rusiyanın “Qazprom” şirkəti gözlənilmədən Gürcüstana nəql olunan qazın qiymətini demək olar ki, 2 dəfə bahalaşdırmaq niyyətini bəyan etdi. Həmin vaxt Azərbaycanın siyasi rəhbərliyinin göstərişi ilə qısa zaman ərzində Azərbaycan qazının Gürcüstana tədarük olunması ilə bağlı hökumətlərarası razılaşma imzalandı. Daha sonra SOCAR-ın qaz tədarükü məsələsi təsərrüfatçılıq subyektləri tərəfindən həll edildi.

2008-ci ilin dekabrın 26-da SOCAR ilə Gürcüstan hökuməti arasında şirkətin 30 qazpaylayıcı təsərrüfat və şəbəkəsi şirkətin idarəetməsinə verilməsi haqda müqavilə imzalandı. “SOCAR Georgia Gas” şirkəti beləcə yarandı. Lakin bu şəbəkələrin texniki vəziyyəti aşağı səviyyədə idi. Buna görə Azərbaycan dövlət neft şirkəti regionların qazlaşdırması və Gürcüstanın qazpaylayıcı şəbəkələrinin tammiqyaslı yenidən qurulması layihələrinin reallaşdırmasına dərhal başladı. Eləcə də, şirkət bu məqsədlərə 40 milyon dollar sərf etdi.

Bütün bunlardan başqa, Azərbaycan hər zaman Gürcüstana təbii qazı regional kommersiya qiymətindən aşağı təklif edirdi. Ona görə təccüblü deyil ki, bu gün Gürcüntanın neft məhsulları  bazarlarında uzun illər ərzində 100-dən artıq “SOCAR” brendi adı altında sağlam rəqabət formalaşıb.

Həmçinin qeyd etmək lazımdır ki, SOCAR istehlakçılarla işini savadlı şəkildə quraraq onlara verilən xidmətlərin spektrini daim genişləndirir. Buna görə də, təəccüblü deyil ki, bu illər ərzində SOCAR təkcə Azərbaycanda deyil, eləcə də Gürcüstanda da vergi ödəyən əsas “donora” çevrilib.

Nə üçün mən 1news.az oxucularına SOCAR-ın ən yaxın bazar – Gürcüstanda genişlənməsi və bu bazarda şirkətin mövqelərinin möhkəmlənməsi barədə bu qədər ətraflı izah etməyə başladım?

Ona görə ki, onlarda bu işin ağır və zəhmət tələb edən – xarici ölkələrin bazarlarına yayılmanın nə qədər çətin olması ilə bağlı aydın təsəvvürlər formalaşın. Bundan əlavə, bu bazarlarda şirkətin möhkəmlənməsi və gələcək mövqelərinin uzunmüddətli perspektivdə qorunub saxlanılması da nəhəng səylər tələb edir.

Xüsusi olaraq, uzaq xarici dövlətlərdə hər şey daha da mürəkkəbdir. Ölkən nə qədər az tanınırsa (şirkəti nəzərdə tutmuram), istehlakçılarla iş də daha çox səy tələb edir. Əks halda biznes inkişaf etməyəcək...

2008-ci ildən başlayaraq SOCAR Türkiyədə genişlənməyə başladı. Şirkət 2 milyard dollara Petkim neft-kimya kompleksinin səhm nəzarət paketinin əldə etdi. Daha sonra SOCAR Türkiyədə müxtəlif şirkətlərinin sayını 8-ə yüksəltdi.

Hazırda SOCAR Ukrayna, Rumıniya, İsveçrə ilə biznesini uğurlu şəkildə inkişaf etdirir, eləcə də biznesin genişləndirilməsi planı ilə bağlı bir sıra Balkan ölkələri ilə danışıqlar aparır. Hər şey həqiqətdir. Bisnes – elə ona görə biznesdir ki, onun genişləndirib və ondan daimi əsaslarda yaxşı mənfəət əldə edilsin. Belə alındı ki, Azərbaycan bazarının öz hüdudları var. SOCAR isə çoxdandır ki, milli şirkətdən transmilli şirkətə çevrilib. Buna görə də, onun coğrafi portfoliosu nə qədər geniş olsa, o qədər yaxşıdır.

- SOCAR-ın biznesi – nəticə etibarilə Azərbaycanın biznesidir, belə ki, şirkət 100% dövlətə məxsusdur. Müvafiq layihələr nə dərəcədə perspektivlidir və nəticədə bundan ölkənin orta statistik vətədaşı hansı faydanı əldə edəcək?

- Qeyd etdiyim kimi, SOCAR Azərbaycanda bir nömrəli vergiödəyicisidir, buna görə şirkətin fəaliyyətindən çox şey asılıdır. Əgər SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalarsa bu, dərhal hiss olunur. Eləcə də sıravi vətəndaşlar da bunu hiss edəcək.

Neftin qiymətləri yüksək olanda faktiki olaraq biz, SOCAR-ın dövlət xəzinəsinə ödəniş həcmlərinə diqqət yetirtmirdik. Düşünmürdük ki, ödənişlər aşağı düşər ya yox. Hətta son 4 ildə də. Bəli, bəli, son 4 ildə.

Məsələ burasındadır ki, neftin qiymətləri 2014-cü ilin ortalarından deyil, iki il öncədən enməyə başlayıb. O zaman Brent markalı neftin bir barrelinin orta illik qiyməti 111,67 dollar təşkil edirdi. Bir ildən sonra neft 3,01 dollar, daha sonra isə - 9,71 dollar endi. Bununla yanaşı, ölkənin dövlət büdcəsi SOCAR-ın köçürmələri hesabına artırdı. Müvafiq olaraq, orta statistik vətəndaşın əhval-ruhiyyəsində heç bir dəyişiklik hiss olunmurdu. İndi isə vəziyyət dəyişib.

Bütün vətəndaşlar bir nəfər kimi neftin qiyməti ilə maraqlanır. Yerli KİV isə bu mövzu ilə əlaqədar geniş məlumatlar işıqlandırır.

Bu gün SOCAR böhrana baxmayaraq dövlət büdcəsinə müntəzəm olaraq ödəniş edir. Digər məsələ, bu ödnəiş nəyin hesabına həyata keçirilir?

Bilirsiniz, mən daim eşidirəm və sosial şəbəkələrdə eyni sual ilə qarşılaşıram: “Nə üçün SOCAR xarici ölkələrə sərmayə yatırır, həmin layihələri Azərbaycanda həyata keçirmir?” nə demək olar. Bu onu göstərir ki, müyyən qrup insanlar SOCAR-ın layihələri ilə bağlı hələ də məlumata malik deyillər.

Daha doğrusu, şirkətin işi ilə bağlı məlumatları var. İnsanlar müntəzəm olaraq bu məlumatları KİV-dən, daha çox telekanallar vasitəsi ilə əldə edir. Lakin onlar məsələnin mahiyyətini anlayırlarmı? Nəzər alsaq ki, televiziyadan bir neçə saniyə ərzində geniş kütlənin diqqətinə bütün bunların mahiyyətini çatdırmaq çox çətindir, praktiki olaraq mümkün deyil...

Nümunə üçün suallardan biri: “Türkiyədəki Petkim layihəsinə sərmayə yatırmaq nəyə lazımdır? Neft-kimya kompleksinin Azərbaycanda, Qaradağ rayonunda tikilməsi yaxşı deyildimi?”

- Həqiqətən də, söyləyin nə üçün?... 

- Cavab verirəm: məhz Petkim layihəsi hesabına Azərbaycanın neft şirkəti qardaş ölkə - Türkiyənin bazarlarına daxil olmağa və orada qısa zaman ərzində biznesini inkişaf etdirməyə müvəffəq oldu. Və yatırılmış vasəitlər artıqlamasilə özünü doğrultdu.

Beləliklə, 2015-ci ildə Petkimin gəliri 639,2 milyon türk lirəsi təşkil edirdi. Bu da 2014-cü illə müqayisədə 14% artımdır. Cari ilin birinci rübünə qədər holdinqin gəliri 124,2 milyon türk lirəsinə qədər artıb. 2015-ci ilin yanvar-mart aylarında bu göstərici 49,6 milyon türk lirəsi təşkil edirdi. 2015-ci ildə Petkim-in aktivləri 44,2% artaraq - 3,79 milyarddan 5,46 milyard türk lirəsinə qədər yüksəlib.

Bu layihədə SOCAR-ın payı 48,64% təşkil edir. Əlavə aksiyalar bazarın şəraitindən asılı olaraq satılır və alınır, əldə edilən gəlirlər isə biznesin genişləndirilməsinə investisiya edilir.

Petkim hesabına SOCAR-ın Türkiyədə Petlim (konteyner limanı), STAR (neft-emalı zavodu), Petkojen (Petkim ərazisində istilik bölməsi), Transanadolu qaz kəməri (TANAP) kimi və eləcə də ölkənin enerji sahəsində layihələri oldu. 

Hələ 2015-ci ilin avqustunda SOCAR Turkey Enerji-nin aktivləri türk maliyyə mütəxxəsisləri tərəfindən 10 milyard dollar civarında qiymətləndirilmişdi. Və bütün bunlar bir çox obyektlərin tikilməsi mərhələsində olan zaman baş verib. İndi isə təsəvvür edin, bu bizneslər gəlir gətirərkən hansı qiymətləndirmə təqdim edilə bilər?

Bu yaxınlarda SOCAR Turkey Enerji şirkətinin rəhbəri Zaur Qəhrəmanov qurumun 2020-ci ildə ilkin şifahi təklif (IPO) həyata keçirməklə bağlı planlarından danışıb. Bu əsas şirkət olan SOCAR-a yaxşı dividendlər gətirəcək.

Göründüyü kimi, SOCAR Türkiyədə düşünülmüş biznesə sahibdir və mən ümid edirəm ki, bir neçə ildən sonra şirkətin əsas gəlirləri məhz bu ölkədə formalaşacaq.

- Bu ehtimalı rəqəmlərlə möhkəmləndirə bilərsinizmi?

- Bir neçə rəqəm sadalayım. 2014-cu ilin nəticələrinə əsasən, SOCAR-ın Azərbaycanda gəlirləri, 2013-cü illə müqayisədə 351 milyon manat artaraq, 4 milyard 681 milyon manat təşkil etmişdi. Türkiyədə gəlirlər isə 2 milyard 196 milyon təşkil etmişdi. Müqayisə üçün: 2014-cü ilin nəticələrinə əsasən, SOCAR-ın Gürcüstandakı gəlirləri 689 milyon manat təşkil etmişdi (45 milyon manatlıq artım). 2015-ci ildə SOCAR ilk dəfə olaraq Rumıniyadakı əməliyyatlara görə 502 min dollar dəyərində təmiz gəlir əldə edib. Gələn il, YDM şəbəkəsinin genişlənməsinin aktiv fazası arxada qaldığı üçün, təmiz gəlirin bir neçə dəfə artacağı gözlənilir.

Digər sözlərlə, SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi əməliyyatları kommersiya xarakteri daşıyır və maksimal gəlirin əldə edilməsinə yönəlib.

Bu, SOCAR-ın biznes coğrafiyasının genişlənməsi üçün səmərəli bünövrə yaradır və şirkətin öz biznesinin diversifikasiyasına xidmət edir. Əgər öncə şirkət sırf neft-qaz biznesi ilə məşğul olurdusa, artıq o, bu gün özünü neft-kimya (vacib olan odur ki, qazanılan təcrübə Azərbaycanda tətbiq olunur), qazpaylaşdırma, magistral boru kəmərlərinin tikintisi, mayeləşdirilmiş təbii qaz (LNG) marketinqi sahəsində əməliyyatların aparılması və s. seqmentlərdə özünü doğruldur.

Nəticədə, bu genişmiqyaslı fəaliyyət ölkəmizə, Azərbaycanın hər bir vətəndaşına fayda verəcək.

- Bu günlərdə Fransada dünya miqyaslı tədbir – Futbol üzrə Avropa Çempionatı keçirilir. SOCAR çempionatın tərəfdaşıdır və bu, auditoriyada bir çox sualın yaranmasına səbəb olub.

Şirkətin prezidenti Rövnəq Abdullayev bu barədə ətraflı müsahibə verərək, detallı şəkildə bu cür marketinq fəaliyyətin şirkətin xarici sərmayələrinin və layihələrinin artması ilə bağlı olaraq nə qədər vacib olduğunu izah edib.

Sizcə, bu tərəfdaşlığın zərurəti nə ilə bağlıdır? Yerli, eləcə də çox vacib olan əcnəbi auditoriyanın nəzərində şirkətin tam hüquqlu müasir brendinin formalaşdırılmasına yönələn iş barədə nə düşünürsünüz?

- Futbol – ekranlar qarşısına ən böyük auditoriyanı toplaya bilən idman növüdür. Bundan əlavə, dünyada, stadiona eyni zamanda minlərlər, on minlərlə azarkeş toplaya bilən, başqa idman növü yoxdur. Buna görə də futbolu artıq sadəcə idman növü adlandırmaq olmaz. Müasir futbol – kommersiya baxımından cəlbedici olan bir məhsuldur. Təbii ki, burada ticarətin əsas mühərriki olan reklamdan qaçmaq olmazdı.

Aydındır ki, futbol üzrə Dünya və Avropa çempionatlarında reklam xüsusi yerə malikdir. Buna görə də, əgər şirkət dünya miqyasında tanınmaq istəyirsə, gərək onun brendinin bu cür möhtəşəm idman tədbirlərində görünməsi istiqamətində iş görülsün.

2013-cü ilin mayında SOCAR və UEFA arasında tərəfdaşlıq haqda saziş imzalandı. Əgər diqqət yetirsəniz, görərsiniz ki, faktiki olaraq, eyni zamanda SOCAR və onun “Şahdəniz” layihəsi üzrə tərəfdaşları Azərbaycan qazının Avropaya nəqli ilə bağlı əsas marşrutun seçimində müəyyənləşdilər. Bu Transadriatik (TAP) qaz borusu oldu.

Artıq məlum idi ki, “beşillikdən” sonra Xəzərin ən iri qaz yatağı olan “Şahdəniz”-in işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qaz hasilatı başlayacaq və qısa müddətdən sonra “böyük” Azərbaycan qazı, avropalı siyasətçilərin, iqtisadiyyatçıların və mütəxəssislərin 10 ildən çoxdur ki, müzakirə etdiyi nəqliyyat dəhlizi vasitəsi ilə Avropaya çatacaq.

Lakin bu, Azərbaycanın tərəfdaşlarları ilə birgə çalışaraq yaratdığı öz yolu idi. Avropalı istehlakçılar üçün həm şirkətin özü (“Şahdəniz-2” layihəsinin işlənməsi çərçivəsində Azərbaycan qazının realizəsi ilə məşğul olan Azerbaijan Gas Supply Company şirkətinin kommersiya operatoru SOCAR-dır), həm də qaz təchizatı ilə məşğul olan ölkə – Azərbaycan reklam edilməli idi. “SOCAR: Energy of Azerbaijan” şüarının yaranması məhz bu vacib missiyanı yerinə yetirirdi.

Amma, hər şey televizorda göründüyü kimi asan deyil. “Mavi ekranların” arxasında, hələ Avro-2016 başlamadan öncə Fransada milli şirkətimizin reklamının qarşısını almaq üçün fəal təbliğat aparan Azərbaycana qarşı yönəlmiş güclər peyda oldu.

Məlum olduğu kimi, Fransada həm cəmiyyətə, həm də ölkənin siyasi elitasına ciddi təsir edə bilən çoxlu sayda erməni yaşayır. Onlar hətta sosial şəbəkələrdə Azərbayan şirkətinin Avropada ekspansiyasına etiraz edən, #STOPSOCAR kampaniyasını başlatdılar. Həmçinin erməni diasporu bir neçə kiçik mitinq də keçirib. Fransa televiziyasında yeganə Azərbaycana qarşı yönəlmiş reportajın da müəllifi erməni Astrid Mezmoryan olub.

1news.az-ın qeydi: Lionda isə (metro və digər ictimai yerlərdə) SOCAR və Turkish Airlines şirkətlərinin (ikisi də UEFA Avro-2016-nın tərəfdaşlarıdır) terrorçularla bağlı olduğu iddia edilən absurd vərəqələr yayılır.

Bütün bu “işin” məqsədi bəllidir. Aprel ayında Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi erməni işğalından azad etdi. Bunu görən ermənilər ah-nalə qaldırdılar ki, guya “görürsünüz SOCAR artıq Avropada vəsait qazanır, yaxın gələcəkdə daha çox gəlir əldə edəcək və qazanılan vəsaitlər Azərbaycanın dövlət büdcəsinə, ordan isə silah-sursatın alınmasına yönələcək, nəticədə isə ermənilər Azərbaycan ordusunun atəşinə məruz qalacaqlar”.

Bu cür şahmat gedişləri ilə erməni lobbisi ictimai rəydən Azərbaycan 20% torpaqlarının 22 ildən çoxdur ki, Ermənistanın işğalı altında qalması faktını gizlətməyə və artıq 2020-2045-ci illərdə Avropaya qaz nəqli ilə bağlı imzalanmış müqavilənin sahibi olan SOCAR-ın Avropada tanınmasının qarşısını almağa çalışırdılar.

Lakin ermənilərin cəhdləri boşa çıxdı.

Yeri gəlmişkən, bir çox vətəndaşımız düşünür ki, əgər qazın alqı-satqısı barədə müqavilə imzalanıbsa, deməli ölkəmizi artıq Avropa bazarına buraxıblar və hətta azad ticarət üçün yer də ayırıblar.

Lakin bu, heç də belə deyil. “Hipermarketlərin” öz qanunları, qaydaları və biznes şərtləri var. Hətta iri oyunçular orada ciddi problemlərlə, tamamilə gözlənilməz hallar ilə qarşılaşa bilərlər. Buna görə də, bütün xoşagəlməz anların qarşısını almaq üçün cəmiyyətin bütün təbəqələri ilə işləmək lazımdır. Necə ki, vaxtilə əcnəbi enerji nəhəngləri bunu Azərbaycanda edirdilər.

Beləcə, SOCAR-ın öz brendinin Avropada təşviqi ilə bağlı fəaliyyəti tamamilə əsaslıdır. Bundan əlavə, şirkətin maneələrə baxmayaraq, bu istiqamətdə işlərini davam etməsi zəruridir.

Mövzu ilə əlaqədar oxuyun:

Rövnəq Abdullayev: “Avropa çempionatında tərəfdaş qismində iştirakımız ümumilikdə diqqətləri Azərbaycana cəlb edəcək”

Gülmira Rzayeva: "Hazırda SOCAR-ın Azərbaycandan kənardakı bazarlarda genişlənməsinin şahidi oluruq”

SOCAR Avropada hansı işləri görür? – İNFOQRAFİKA

1news.az

 

Paylaş:
3158

Son xəbərlər

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17
Bütün xəbərlər