Gülmira Rzayeva: "Hazırda SOCAR-ın Azərbaycandan kənardakı bazarlarda genişlənməsinin şahidi oluruq” | 1news.az | Xəbərlər
Müsahibə

Gülmira Rzayeva: "Hazırda SOCAR-ın Azərbaycandan kənardakı bazarlarda genişlənməsinin şahidi oluruq”

14:45 - 14 / 06 / 2016
Gülmira Rzayeva: "Hazırda SOCAR-ın Azərbaycandan kənardakı bazarlarda genişlənməsinin şahidi oluruq”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) – ölkənin ən iri şirkətidir.

Lakin şirkət bu mərhələdə dayanmaq niyyətində deyil. Məlum olduğu kimi, hazırda SOCAR qarşısına qlobal brendə çevrilmək kimi – kifayət qədər iddialı məqsədlər qoyur (bu haqda daha ətraflı SOCAR prezidenti Rövnəq Abdullayevin müsahibəsində).

Həmçinin burada sözlə iş vəhdət təşkil edir. Hazırda SOCAR xaricdə çoxmilyardlı layihələr həyata keçirir.

Bu haqda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Energetik məsələlər üzrə aparıcı eksperti, Oksford institutunun (İngiltərə) energetik tədqiqatlar üzrə eksperti Gülmira Rzayeva ilə şirkətin bu və digər inkişaf aspektləri ilə bağlı müsahəbəsində yer alıb:

- Necə hesab edirsiniz, SOCAR-ın müvəffəqiyyətə çatmaq üçün şansı nə dərəcədədir? Eləcə də ölkəmiz və xalqımız şirkətin müvafiq strategiyasından hansı faydanı əldə edəcək?

- Bilirisiniz ki, SOCAR xaricdə deyildiyi kimi milli şirkətdir –  “National Oil Company”. Və dünya üzrə bu qəbildən olan şirkətlərin oxşar fəaliyyət strategiyaları olur.

Bu cür şirkətlər hökumətlə sıx əməkdaşlıq mümansibətləri olmaqla xarakterizə olunur. Bütün NOC – “Qatargas” (Qətər), “Saudi Aramco” (Səudiyyə Ərəbistanı), “Qazprom” (Rusiya), eləcə də SOCAR öz fəaliyyətlərində təmsil etdikləri dövlətlərin geosiyasi və geostrateji məqsədlərini nəzərə alırlar.

Hazırda bütün dünyada kifayət qədər mürəkkəb proseslər cərəyan edir. Son iki ildə bazar mühiti güclü dəyişikliyə məruz qalıb. Eləcə də, SOCAR digər şirkətlər kimi öz biznes-strategiyasının yenidən qiymətləndirmə və korrektə mərhələsindədir.

Lakin bütün bunlara baxmayaraq SOCAR-ın strategiyalarında irimiqyaslı, çoxmilyardlı ambisiyalar mühüm yer tutur. Bu, təkcə Azərbaycan və region üçün deyil, eləcə də ölkə hüdudlarından kənarda da özünü göstərir. 

SOCAR-ın Avropa, Çənub-Şərqi Asiyada irimiqyaslı layihələr həyata keçirdiyinin şahidi oluruq. Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti öz hasilatını xarici bazarlarda artıran “Azeri Light” markalı yüngül neftin dünya üzrə ən iri təchizatçısıdır. Və hazırda şirkətin İstanbul, Dubay, Sinqapur, London və Monakoda nümayəndəlikləri var.

Azərbaycan və ölkə vətəndaşlarının SOCAR-ın bu strategiyasından hansı faydanı əldə edəcəyindən danışdıqda qeyd etmək lazımdır ki, istənilən layihənin uğuru bazarın mühitindən və onun gələcək inkişafından asılıdır. Lakin bazarda yaranmış çətin vəziyyətə baxmayaraq SOCAR layihələrin və əməliyyatların müəyyən upstream və downstream paylarında qlobal inteqrasiya olunmuş şirkət olmağı hədəfləyir.

Bu addımlar özünü nə dərəcədə doğruldacağını zaman göstərəcək. Lakin qeyd edim ki, SOCAR sözsüz, bazarın dəyişkənliyini və mühitini nəzərə alıb. Belə ki, istər ölkəmizdə, istərsə də Türkiyədə neft-kimya sahəsində çoxmilyardlı layihələrə investisiya yatrımaqla bağlı qərar qəbul edərkən neft-kimya məhsulları bazarının bugünkü reallıqları  -  tələb, qiymətlər və s. nəzərə alınmalıdır.

Düşünürəm ki, bazarın hazırki mühiti xammal qiymətlərinin ucuzlaşması nöqteyi-nəzərindən əlverişlidir. Bu da şirkətlərin neft-kimya sahəsinə investisiya yatırmalarına az pul sərf etməsinə və xammalın alınmasına qənaət etməsinə, daha sonra isə məhsulun yüksən qiymətə satılmasına imkan verir.

Dünyada baş verən vəziyyətləri, eləcə də bazar mühitini nəzər alaraq SOCAR-ın həyata keçirdiyi çoxmilyardlı layihələri yalnız “iddialı” və “qlobal miqyaslı” kimi xarakterizə etmək olmaz. Belə ki, bu layihələr , əsasən də downstream (karbohidratların hasilatı və realizə edilməsi)  – SOCAR-ın milli şirkətdən transmilli şirkətə, yəni beynəlxalq miqyaslı şirkətə çevrilməsinə nəhəng töhfələrini verir.    

SOCAR ölkədaxilində upstream (kəşf və hasilat), midstream (nəql) və downstream (karbohidratların hasilatı və realizə edilməsi) layhələrini həyata keçirirsə, o zaman ölkə hüdudlarında şirkətin üzərinə yalnız downstream-ə üstünlük verməsi düşür ki, bu da tamamilə  əsaslandırılmışdır.

- Həqiqətən də, SOCAR upstream əməliyyatlarla yanaşı, downstream-ə investisiyada fəallıq göstərir. SOCAR-da şirkət portfelinin şaxələndirilməsinə ehtiyacı səbəb olaraq göstərilir. Bu cür şaxələndirilmələrin layihələrə investisiyası nə dərəcədə aktualdır?  Bu barədə beynəlxalq təcrübədə nə deyilir?

- SOCAR kimi iri və əhəmiyyətli şirkətlərdən birinə şaxələndirmə portfeli həyati əhəmiyyət daşıyır.  Ələxsus da, bazarda yaranmış vəziyyət fonunda. Downstream layihələr hesabına SOCAR məhsul istehsalı üçün sərf edilən – neft və qazdan baha qiymətə əlavə edilmiş dəyərlə məhsulu ixrac edə biləcək. SOCAR-ın downstream layihələrin həyata keçirilməsində əsas məqsədi – mənfəəti artırmaqdır. Əlavə edilmiş dəyərlə məhsul ixracı – hər zaman biznes üçün sərfəlidir. Həmçinin bu, elektik enerjisinə də şamil olunur.

Düşünürəm ki, bu, çox müdrik qərardır – investisiya portfelinin şaxələndirilməsi, deməli downstream hesabına mənfəət portfelinin atmasıdır. Əlbəttə ki, bu investisiyaları ölkə hüdudlarından kənarda, əsasən də dənizə, eləcə də dünya bazarlaına çıxışı olan Türkiyə üçün sərfəlidir. Bundan əlavə, Türkiyə, eləcə də Cənub-Şərqi Avropa regionunda neft-kimya və neft məhsulları az istehsal olunur.

- SOCAR “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisində fəal olaraq iştirak edir. Bu layihə Azərbaycan, eləcə də onun tərəfdaşları və ümumi olaraq Avropa üçün nə dərəcədə əhəmiyyətlidir? Bir çoxları bu layihəni geosiyasi maraqlar və s. ilə əlaqələndirir. Lakin Azərbaycan müxtəlif səviyyələrdə dəfələrlə qeyd edib ki, ölkəmiz tərəfindən təşəbbüs göstərilən layihələrə iqtisadi müstəvidə - ən əsası da ölkəyə və xalqa istisadi cəhətdən gəlir gətimək baxımından qeyd etmək lazımdır. Bəs siz bu layihəni necə qiymətləndirərdiniz? Bu layihəni ölkəmiz üçün yeni “21-ci əsrin müqaviləsi” adlandırmaq olarmı?

- Daha əvvəl qeyd etdiyim kimi, milli neft şirkətləri təmsil etdikləri dövlətlərin siyasi maraqlarına xidmət edir. Çox zaman NOC-da hər hansi siyasi, yaxud geosiyasi maraqları təmin etmək üçün vasitə olaraq istifadə edirlər. Lakin Azərbaycan hakimiyyəti heç vaxt “Cənub Qaz Dəhlizi” (CQD) layihəsini bu məqdəslə istifadə etməyib.

CQD - ilk növbədə kommersiya layihəsidir. Burada iştirak edən 7 ölkə, o cümlədən, Azərbaycan üçün bu, belədir.

“Cənub Qaz Dəhlizi”gələcəyə yönələn bir yoldur. Azərbaycan və onun layihə üzrə tərəfdaşları 40 milyard dollar həcmində vəsaiti kifayət qədər mürəkkəb qaz infrastrukturuna yatırır. O, uzun müddət layihə iştirakçılarının maraqlarına uyğun gələcək. Azərbaycan “Şahdəniz” yatağındakı “böyük” qaz ehtiyatlarını dünya bazarına çıxarmaq imkanı qazanacaq, bu isə öz növbəsində Avropaya “mavi yanacaq” təchizatının divesifikasiyasında mühüm rol oynayacaq.  

Əgər gələvəyə baxsaq görərik ki, “Şahdəniz”də qaz olmadığı zaman SQD infrastrukturu vasitəsilə “gələcək dövrlərin qazını nəql etmək” mümkün olacaq.  Bu Azərbaycanda hazırda işlənmə və ya kəşfiyyat mərhələsində olan alınan təbii mavi qaz yataqları olacaq.

Əgər 2050-ci ildə bizdə qaz tamamilə bitmiş olarsa və Azərbaycan ümumiyyətlə təbii qaz hasilatı ilə məşğul olmasa CQD-nin infrastrukturu yenə də ölkəmizə xeyir gətirəcək. Belə ki, qonşu ölkələrin qaz ehtiyatlarının bu yolla nəql edilməsi imkanı yaranacaq.  CQD ilə qaz nəqlini həyata keçirmək potensialı olan ölkələr - Aralıq dənizi və Orta Asiya ölkələri, İran, İraq ola bilər. Yəni bu infrastruktur hələ çox illər Azərbaycan xalqına xidmət edəcək.

Sözsüz ki, CQD-ni yeni “Əsrin müqaviləsi” adlandırmaq olar. Qeyd etmək lazımdır ki, bu müqavilə Avropa üçün də strateji əhəmiyyət daşıyır. O, uzun zamandır ki, qaz nəqliyyatı üzrə marşrutların diversifikasiyasına çalışır.

İndiyədək bu cəhdlər uğursuz idi. Əgər indiyə qədər Avropanı qazla təmin edən mənbələrə nəzər salsaq görərik ki, onlar dəyişməyib, 10 il əvvəl olanlarla eynidir. Bu an ən real və mühüm yeni mavi qaz mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı və “Cənub Qaz Dəhlizi”dir. Baxmayaraq ki, Avropada az olmayan təbii qaz ehtiyatlı ölkələrlə əhatə olunub, bu gün üçün heç bir real layihə gözə görünmür.

CQD layihəsini reallaşdırmağa başlayan Azərbaycan Avropa üçün strateji mühüm bir imkan yaradır - belə ki, alternativ qiymətə alternativ qaz almaq imkanı yaranır. Bunu başqa qaz təchizatçıları ilə daha uyğun qiymətə razılaşdırmaqla almaq mümkündür.

- Daha əvvəl SOCAR yalnız neftlə assosiasiya olunurdu. Daha sonra SOCAR brendinin yaranması ilə qaz ön plana çıxıb. Lakin daha əvvəl də qeyd olunduğu kimi, SOCAR indi riteyl, treydinqlə məşğul olur, neft emalına və neft-kimyaya yatırımlar edir. Şirkət gənclərə xüsusi diqqət göstərir.  İdman və fəal həyat tərzini dəstəkləyir. Sizin fikrinizcə, SOCAR brendini gələcəkdə necə görə bilərik?

- Milli şirkətlərin layihələri heç də hər zaman kommersiya xaraktteri daşımır. Öz ölkələrində neft şirkətləri mühüm sosial-iqtisadi funksiya daşıyır. Qeyri-kommersiya sahələrinə böyük həcmdə maliyyə yatırımı edir.

Təəssüf ki, onlar iqtisadi layihələrlə - kapital, investisiya büdcə layihələri ilə rəqabət aparmalıdır. Baxmayaraq ki, belə təşəbbüsə yatırılan pullar kommersiya baxımından daha cəlbedici layihələrə yatırıla bilərdi və gəlir gətirməsi mümkün idi. Buna baxmayaraq, təhsil, mədəniyyət, gənclər və idman sahəsinə investisiya qoyuluşu istənilən milli neft şirkətinin öhdəliyidir.

SCAR qoyulan məqsədlərə tam əməl edərək sosialyönümlü qeyri-kommersiya layhələrinə də ciddi yatırımlar edir. Bununla şirkətin cəmiyyətə böyük yararı olur. Burada xüsusilə, idman sahəsinə dəstəyi qeyd etmək yerinə düşər. Bu, SOCAR fəaliyyətinin mühüm seqmentlərindən biridir. Böyük idman tədbirləri, beynəlxalq əhəmiyyətli tədbirlərə sponsorluq etməklə SOCAR gələcək üçün də ehtiyat yaradır.

Məsələn UEFA-nın tərəfdaşı kimi çıxış etməklə şirkət brendin tanınması kimi uğurun mühüm amillərindən birini həyata keçirir. Futbol oyunlarını bütün dünya izləyir. Ona görə də Futbol üzrə Avro-2016 Dünya Çempionatına sponsor dəstəyi şirkətin adına müsbət təsir edəcək, xüsusilə bu, beynəlxalq səviyyədə özünü göstərəcək. Bu vəzifəni hər bir şirkət yerinə yetirməlidir. Eləcə də bu vəzifəni bütün şirkətlər yerinə yetirməlidir. SOCAR Avropa, yaxud digər ölkələrdə, ölkə üçün strateji əhəmiyyət daşıyan layihələri həyata keçirdiyi, yaxud uzunmüddətli uyğun şərtlərlə kredit aldığı zaman brendin tanınması və nüfuzu kimi amillər biznes əməliyyatlarının da uğurlu olmasına təsir edir.

Avro-2016-ya sponsorluq edilməsi çox vacib və müdrik bir qərardır. Cünki indi bizim qarşımızda xaricdə, xüsusilə Avropa investisiya yatırımı etmək və “Cənub Qaz Dəhlizi” üçün uzunmüddətli kreditlər almaq vəzifəsi durur.

SOCAR-ın downstream, riteyl, treydinqinə gəlincə, bu gün biz SOCAR-ın Azərbaycandan kənardakı bazarlara aqressiv ekspansiyasının şahidi oluruq. İsveçrə kimi ölkələrdə iri layihələrə investisiya ondan xəbər verir ki, şirkətin “international vision” beynəlxalq viziona sahibdir. Bununla da o, beynəlxalq neft şirkətinə çevrilir. Bu arada SOCAR neft və neft məhsullarının treydinqi ilə bir neçə ildir məşğul olur və təkcə İsveçrə ilə məhdudlaşmır.

Həmçinin, əminəm ki, bu gün üçün SOCAR-a LNG -treydinqdə iştirak etmək strateji əhəmiyyətə malikdir və faydalıdır. Belə ki, indi dünyada maye qazın satışının aktivləşdiyi görünür. O, gəlirli biznesə çevrilir. Avropada maye qaz hələ ki, qaz boru kəməri ilə rəqabət apara bilmir. Lakin düşünürəm ki, zamanla bu vəziyyət dəyişəcək. Asiyada isə maye qaz satışı olduqca əhəmiyyətlidir. SOCAR-ın maye qazın treydinqi ilə məşqul olmaq planı var. LNG layihələrin artması SOCAR-ın dünya bazarında iştirak payını daha da artırır. Bu da SOCAR-a imkan yaradacaq ki, biznes imkanlarını artırsın və gəlirlərini yüksəltsin.

Eyni məsələ SOCAR-ın neft məhsulları və neft-kimya məhsullarının satışına da aiddir. Şirkətin ofislərində bir çox adda neft məhsullarının satışı həyata keçirilir. Bu layihələrin hər biri həyata keçirilsə, yəni ən ambisiyalı planlar həyata keçirilsə, SOCAR orta perspektivdə dünyanın bir çox ölkələrində əlavə strukturları olan qlobal şirkətə çevriləcək,onun brendi – “SOCAR” isə həqiqətən beynəlxalq şirkətə çevriləcək.

1news.az

 

Paylaş:
4036

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər