ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib

23:24 - 30 / 06 / 2016
ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng edib

ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

 ABŞ dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

 Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər