Əbülfəs Qarayev BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əbülfəs Qarayev BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb

17:57 - 01 / 07 / 2016
Əbülfəs Qarayev BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə BMT-nin baş katibinin müavini Yan Eliasson arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Y.Eliasson Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə may ayında İstanbul Sammitində görüşünü xatırladaraq ölkəmizin BMT üçün əhəmiyyətini qeyd edib.

Görüşdə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu yüksək səviyyədə keçiriliməsi və Azərbaycan Respublikasının dünyada multikulturalizm və mədəni müxtəliflik baxımından nümunəvi ölkə olaraq, bir model kimi BMT-da əhəmiyyətli rol oynaması qeyd olunub.

Y.Eliasson Azərbaycana sentyabrda keçiriləcək tədbirdə ölkə rəhbərliyi səviyyəsində iştiraka dəvət edib və Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsini BMT üzv ölkələri ilə bölüşməyi təklif edib.

Nazir BMT institutları olan UNESCO, UNİCEF, UNWTO, UNAOC ilə əməkdaşlığın və keçirilmiş görüşlərin əhəmiyyəti barədə məlumat verib.

Həmçinin görüş zamanı gənclərin və mədəniyyətin qlobal təhlükəsizlik məsələlərində əhəmiyyəti xüsusi vurğulanıb.

Yekunda nazir Ə.Qarayev Y.Eliassona Bakı Prosessi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, onu həmin tədbirdə iştiraka dəvətə edib.

1news.az

Paylaş:
694

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər