Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

15:38 - 05 / 07 / 2016
Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

1news.az

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər