İran prezidentinin müavini: “Ermənistan Arazın çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

İran prezidentinin müavini: “Ermənistan Arazın çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır”

15:50 - 05 / 07 / 2016
İran prezidentinin müavini: “Ermənistan Arazın çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır”

Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq üçün təcili addımlar atmalıdır.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu sözləri İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib.

M. Ebtikar bildirib ki, İran müntəzəm şəkildə Arazda çirklilik səviyyəsini yoxlayır və çayın çirklənməsinin qarşısını almaq üçün davamlı proqramlar həyata keçirir: “İran Ermənistana öz mövqeyini çatdırıb ki, Araz çayına axıdılan tullantıları azaltmalıdır və tez bir zamanda suyun çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır. Bu məsələ ikitərəfli sazişdə də öz əksini tapıb”.

M. Ebtikar qeyd edib ki, Ermənistan dövləti çayın çirklənməsinin qarşısını almaq üçün öz öhdəliyini yerinə yetirməlidir.

Qeyd edək ki, Arazın Ermənistandan keçən hissəsinə çirkab suların və sənaye tullantılarının axıdılması nəticəsində çayda ekoloji durum pisləşib. İran və Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq  məqsədilə sənəd imzalayıblar. Bu sənədə əsasən 2017-ci ilədək Ermənistan öhdəliyini yerinə yetirməli və çirklənmənin qarşısını almaq üçün layihələr icra etməlidir.

1news.az

Paylaş:
446

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər