Rusiya prezidenti avqustda Azərbaycana səfər edə bilər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya prezidenti avqustda Azərbaycana səfər edə bilər

14:53 - 06 / 07 / 2016
Rusiya prezidenti avqustda Azərbaycana səfər edə bilər

Gələn ay Rusiya gözlənilən prezidenti Vladimir Putinin Bakıya səfəri imkanları işlənilir.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu haqda V.Putinin mətbuat katibi Dmitriy Peskov deyib.

Onun sözlərinə görə, hal-hazırda Rusiya prezidentinin Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməklə bağlı imkanlar işlənilir.

Qeyd edək ki, cari ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İranın dövlət başçılarının 3-tərəfli görüşü gözlənilir.

1news.az

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər