Sergey Lavrovun Azərbaycana səfərinin vaxtı açıqlanıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək.
1news.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, S. Lavrov iyulun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.
1news.az
612