Jamestown Foundation: Rusiyanın Qarabağ məsələsində vasitəçilik səyləri ümid işartıları nümayiş etdirir | 1news.az | Xəbərlər
Siyasət

Jamestown Foundation: Rusiyanın Qarabağ məsələsində vasitəçilik səyləri ümid işartıları nümayiş etdirir

19:18 - 08 / 07 / 2016
Jamestown Foundation: Rusiyanın Qarabağ məsələsində vasitəçilik səyləri ümid işartıları nümayiş etdirir

Xarici siyasət sahəsində azərbaycanlı mütəxəssis Gülşən Paşayevanın son publikasiyası Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində vasitəçilik səylərinin perspektivlərinə həsr olunub.

1news.az-ın verdiyi məlumata əsasən, G.Paşayeva Jamestown Foundation saytında yerləşdirilən öz məqaləsində Rusiya tərəfin əminliklə Moksvanın münaqişənin sülh həllini tapmaq üçün əlindən gələni etdiyini bildirdiyini yazır.

Məhz Rusiya iyunun 20-si Sankt-Peterburqda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünün təşəbbüskarı qismində çıxış etmişdi.

Görüşün nəticəsində verilən bəyanata əsasən, tərəflər beynəlxalq müşahidəçilərinin sayını artırmaqla qoşunların təmas xəttində vəziyyətin normallaşması istiqamətində işləmək öhdəliyinə yiyələniblər.

Bundan əlavə, münaqişənin siyasi həllinə yönəlmiş danışıqlarda davamlı proqressin təmin olunmasına dair razılıq əldə olunub.

“Peterburqda keçirilən sammit Rusiyanın münaqişənin həllində gücləndirilmiş vasitəçilik səylərinin davamı oldu. Cari ilin aprel ayında baş verən təmas xəttində vəziyyətin gərginləşməsi fonunda  (“dördgünlük müharibə”), Rusiyanın təşəbüsü tərəflərin aprelin 5-i atəşkəs barədə razılıq əldə etməsinə zəmin yaratdı”, - deyə, G.Paşayeva məqaləsində yazır.

Lakin, müəllifin fikrinə görə, heç də bütün mütəxəssislər Rusiyanın tamamilə təmənnasız çıxış etdiyini düşünmürlər.

Bu konteksdə, aprel gərginliyindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-sı Vyanada ilk görüşü qeyd edilir.

Bu görüşdə İlham Əliyev və Serj Sarqsyan bir sıra məsələlər barəsində, o cümlədən insidentlərin araşdırılması üzrə mexanizminin formalaşdırılmasının bitirilməsi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin münaqişə ilə bağlı səlahiyyətlərinin artırılması, Qırmızı Xaçın egidası altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadilə edilməsi, həmçinin tez bir zamanda danışıqların növbəti raundunun keçirilməsi haqda razılğa gəliblər.

“Bundan sonra Sankt-Peterburqda keçirilən görüş təkcə ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi və insidentlərin araşdırılması mexanizminin tətbiqi ilə bağlı forum olmaqla birgə, gələcək hərtərəfli sazişin bəzi məsələlərinin müzakirəsi üçün zəmin yaratdı”, - məqalədə yazılır.

Hər iki tərəf Peterburq görüşünü olduqca müsbət qiymətləndirdi.

Prezident İlham Əliyev prosessin sürətləndirilmiş tempdə, danışıqların isə nəticəyə yönələcəyinə ümid ifadə etdi.

Qayda olaraq, erməni tərəfi hərtərəfli sülh sazişinin detallarının müzakirəsindən çox, ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi və insidentlərin araşdırılması mexanizminin tətbiqində daha maraqlıdır.

Lakin, Prezident İlham Əliyev mexanizmin münaqişənin dondurulmasına gətirib çıxaracağı təqdirdə, ona ehtiyac olmadığını vurğulamışdı.

Dövlət başçısının sözlərinə görə, münaqişə zonasının daha geniş beynəlxalq monitorinqi danışıqlar prosesində daha müsbət dinamikanın gözə çarpdığnda və Azərbaycan torpaqlarının işğaldan  azad olunduğu təqdirdə mümkün olacaq.  

“Öz növbəsində, müsahibələrindən birində Serj Sarqsyan Ermənistan və Azərbaycan üçün yox, məhz Qarabağ xalqı üçün münaqişənin həll edilməsinin ən yaxşı variantının tapılmasının zəruriliyini qeyd etmişdi. Həqiqətəndə, Qarabağ xalqının gələcyinin bu uzanmış münaqişədə ən əsas aspekt sayılır. Lakin, nəzərə almaq lazımdır ki, işğal nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisi doğma diyarlarını tərk etmək məcburiyyətində qalmışdılar. Bu gün bu torpaqlarda yalnız ermənilər yaşayır. Buna görə də, əslən Dağlıq Qarabağdan olan azərbaycanlıların taleyini unutmaq lazım deyil. Azərbaycanlı və erməni icmalarının yenidən sülh şəraitində yaşamağa imkan verəcək münaqişənin qeyri-zorakı həlli, sözsüz ki, həm vasitəçilərin, həm də münaqişənin tərəflərinin birgə səy göstərməsini tələb edəcək”, - deyə, məqalədə qeyd olunur.

Mütəxəssisin fikrinə görə, aprel gərginliyindən sonrakı dövrdə Rusiyanın fəal vasitəçilik səyləri Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni, və ola bilsin ki müsbət, dəyişikliklər gətirdi.

Moskva həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasında həlledici rol oynamışdı.

“Buna baxmayaraq, prosesə yox, nəticəyə yönəlmiş vasitəçilik danışıqlar prosesinin fəallaşması üçün başlıca əhəmiyyət kəsb edəcək və silahlı münaqişənin həllinə tövhə verəcək. Əks təqdirdə, yeni zorakılıq və silahlı toqquşmalar qaçınılmazdır”, - deyə, müəllif vurğulayır.

1news.az

Paylaş:
392

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər