Ceyms Appaturay: Dağlıq Qarabağ münaqişəsində staus-kvo dəyişdirilməlidir
Qarabağ məsələsində status-kvo uzun çəkə bilməz və danışıqlar vasitəsi ilə dəyişdirilməlidir.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu haqda NATO-nun baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Azadlıq” radiosuna müsahibəsi zamanı bəyan edib.
Appaturay bunun aprel toqquşmaları zamanı daha aydın göründüyünü qeyd edib.
Vəziyyətin yenidən gərginləşə biləcəyini vurğulayan C.Appaturay, münaqişənin həlli üçün daha çox səy göstərilməsinin vacib olduğunu bildirib.
“Hal-hazırda danışıqlar masasında bir çox ideya var. Bu yaxınlarda Azərbaycan və Ermənistan XİN-nin rəhbərləri NATO-da olublar. Onlar öz yanaşmalarını çox aydın şəkildə təqdim ediblər. Biz həqiqətən inanırıq ki, status-kvo bu qədər uzun çəkə bilməz və danışıqlar vasitəsi ilə dəyişdirilməlidir”
1news.az