ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımlar müzakirə olunacaq | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımlar müzakirə olunacaq

11:27 - 11 / 07 / 2016
ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımlar müzakirə olunacaq

ATƏT-in Minsk qrupunun həmsədrləri, bu gün bu qrupun bütün üzv-dövlətlərinə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin nəticələri barədə məlumat təqdim edəcəklər.

1news.az-ın verdiyi məlumata əsasən, ATƏT-in Vyanada yerləşən qərargah mənzilində həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti addımlar müzakirə olunacaq.

Bu haqda öz Tvitter hesabında amerikalı həmsədr Ceyms Uorlik paylaşıb.

Xatırladaq ki, aprel gərginliyindən sonra iki ölkənin prezidentləri mayın 16-sı Vyanada, iyunun 20-si isə Sankt-Peterburqda görüşüblər.

Hər iki tərəf görüşlərin konstruktiv keçdiyini bildirib.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər