Mübariz Əhmədoğlu: Rusiyanın ictimai şüurunda Dağlıq Qarabağı Zəngəzur əvəzləməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın ictimai şüurunda Dağlıq Qarabağı Zəngəzur əvəzləməlidir

10:59 - 20 / 07 / 2016
Mübariz Əhmədoğlu: Rusiyanın ictimai şüurunda Dağlıq Qarabağı Zəngəzur əvəzləməlidir

“Dağlıq Qarabağ münaqişəsinin ən böyük əyləci Rusiyanın ictimai-siyasi mühiti və davranışıdır. Rusiyada belə bir fikir formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzinmlənməsinin indiki halı həm Ermənistanı, həm də Azərbaycanı nəzarət altında saxlamağa imkan verir”.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son prosesləri şərh edərkən deyib.

Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan və Ermənistan Rusiyadan uzaqlaşacaqlar. Azərbaycan prizmasından baxdıqda bu fikirlər kökündən yalnışdır:

“Çünki Azərbaycanın Rusiya ilə münasibətlərində formalaşan tərkib hissələri Dağlıq Qarabağdan qat-qat təsirlidir. Rusiya və Azərbaycanın qarşılıqlı tamamlayan siyasəti təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Ön Asiyada həlledici rola malik ola bilər”.

M.Əhmədoğlu bildirib ki, Ermənistan isə Rusiyaya həmişə cəza aparatı kimi yanaşıb; Ermənistanın xoşu gəlməyən dövlətləri Rusiya cəzalandırmalıdır. Ermənilər heç vaxt Rusiyaya ləyaqətli qiymət verməyiblər:

“Müasir dünyada ictimai şüur əvvəlki dövrlərə nisbətən qat-qat böyük təsir gücünə malikdir. Ona görə Rusiyanın ictimai şüurunda Ermənistana və Azərbaycana təsir mexanizminin dəyişilməsi bu prizmadan çox aktualdır; Rusiyanın ictimai şüurunda Dağlıq Qarabağı Zəngəzur əvəzləməlidir. Əgər Azərbaycan birinci mərhələdə işğal olunmuş 7 rayona, ikinci mərhələdə Dağlıq Qarabağın özünə, üçüncü mərhələdə Zəngəzura sahib çıxarsa, bu halda ermənilərin davranışını modelləşdirmək çox asandır. Ermənistan, dünya erməniliyi və onların havadarları 40-50 il, bəlkə də daha çox Rusiyaya yalvaracaqlar ki, Ermənistan dövlətini qoru, Zəngəzuru Ermənistana qaytar. Zəngəzurun qaytarılacağı təqdirdə dünya erməniliyinin bir qismi hətta Rusiyanın xeyrinə casusluqla məşğul olmağa başlayacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanda Zəngəzurun qaytarılması tarixi ədalətin bərpası kimi olmaqla yanaşı, həm də Rusiyanın töfhəsi kimi qəbul ediləcək. Bu zaman Azərbaycan Rusiya ilə daha sıx münasibətlərə meyillənəcək:

“Zəngəzur tarixən Azərbaycan ərazisidir. Dağlıq Qarabağ da tarixən Azərbaycan ərzasidir. SSRİ yarananda Dağlıq Qarabağ və Zəngəzurun taleyi ilə bağlı uzunmüddətli mübahisələr mövcud olub. O zaman Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ ermənilərinə öz taleyini referendumla müəyyən etməyə imkan yaratdı. Dağlıq Qarabağ kəndliləri 1923-cü ilin payızında referendumda səs verərək Azərbaycanın tərkibində qaldılar. Zəngəzurda belə referenduma icazə verilmədi. İ.V.Stalin Zəngəzuru Ermənistana hədiyyə etdi. Azərbaycanlılar Zəngəzur da daxil olmaqla Ermənistan SSR-in ərazisindən deportasiya olunmağa başladı. Sonuncu 200 mindən çox azərbaycanlı 1987-ci ilin dekabrında Zəngəzuru tərk etdi. 1923-cü ildə Zəngəzurda da referenduma icazə verilsəydi, Zəngəzur əhalisi də Azərbaycanda qalmağa səs verəcəkdi. Çünki o zamankı reallıqda da Azərbaycan Ermənistandan daha perspektivli idi. İndi Azərbaycan Ermənistan perspektivləri göz qabağındadır.

İctimai-siyasi mühitində Dağlıq Qarabağı Rusiyanın rıçaq mexanizmi kimi formalaşdıran ermənilərdir. Zəngəzuru isə rıçaq kimi biz təqdim edirik”.

1news.az

Paylaş:
557

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər