Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında iştirak edəcək - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında iştirak edəcək - FOTO

10:12 - 22 / 07 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında iştirak edəcək - FOTO

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının keçirilməsi planlaşdırılır.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yarışlar çərçivəsində təşkil ediləcək "Xəzər Kuboku - 2016" və "Tank biatlonu - 2016" müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək "Xəzər Kuboku - 2016" beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

"Xəzər Dənizi - 2016" yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21
Bütün xəbərlər