Mübariz Əhmədoğlu: Ermənistan üçün ağıl heç vaxt indiki qədər zəruri olmayıb | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan üçün ağıl heç vaxt indiki qədər zəruri olmayıb

11:01 - 22 / 07 / 2016
Mübariz Əhmədoğlu: Ermənistan üçün ağıl heç vaxt indiki qədər zəruri olmayıb

“Ermənistanın daxilində baş verənlər Ermənistan dövlətinin süquta getdiyini göstərir. Əslində, “Ermənistan” adlı dövlət çoxdan mövcud olmamalı idi”.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda gedən son prosesləri şərh edərkən deyib.

Politoloqun fikrincə, “Ermənistan” adlı dövlətin mövcud olmasının əsas səbəbi Rusiyanın apardığı siyasətdir:

“Müasir Rusiya hal-hazırda MDB məkanında dövlətlərin müstəqilliyinə qəsd siyasəti aparmır. Ona görə, Ermənistanla digər MDB dövlətlərində olduğu kimi Ermənistanın da hakim elitasını dəyişmək Rusiyanın gündəliyində deyil. Eləcə də Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu digər dövlətləri Ermənistanın daxilində çevriliş etmək, hakim elitanı dəyişmək və yaxud ictimai-siyasi vəziyyəti nəzarət altına keçirməkdən çəkindirir.

Ermənistanın elə qonşusu var ki, o Ermənistanda vəziyyəti tam nəzarətə götürmək imkanına malikdir və təkcə bir dənə Ermənistanı nəzarətə götürməklə Qafqazda çox böyük imkanlara malik ola bilər. Yalnız Rusiyanın təsiri və Rusiyanın hərbi bazasına görə, həmin qonşu dövlət Ermənistanla məşğul deyil. Amma Ermənistanın iqtisadi, siyasi hərbi potensialı onun dövlət olması üçün əsas yaratmır. Eləcə də erməni xalqının mental davranışı dövlətçiliyin mövcudluğu və yaxud dövlətçiliyin möhkəmlənməsi istiqamətində deyil. Erməni xalqı, Ermənistan əhalisi bu gün terrorçuları müdafiə edir. Bu təsadüfən yaranmış bir vəziyyət deyil. Erməni xalqına bu gün sırınan yalanlar erməni xalqını normal dövlət qurmağa deyil, məhz işğalçılığı və terrorçuluğu dəstəkləməyə yönəldir”.

M.Əhmədoğlu bildirib ki, hal-hazırda S.Sərkisyan yalandan uzaqlaşsa, düz danışmağa meyillənsə və ağıllansa bu Ermənistan dövlətinin xilas yoludur:

“S.Sərkisyan indiki belə vəziyyətin özündə də yalan danışmaqdan çəkinmir. Ermənilər, o cümlədən S.Sərkisyan bilir ki, Ermənistan–Azərbaycan münaqişəsi Sumqayıt hadisələrindən (26 fevral 1988-ci il) deyil, azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasından (25 dekabr 1987-ci il) başlayıb.

Ermənilər, o cümlədən S.Sərkisyan bilir ki, Dağlıq Qarabağ münaqişəsini qanlı fazaya keçirən də ermənilərdir. 1988-ci iln fevralın 22 –də ermənilər Ağdərədə dinc nümayiş iştirakçısı olan  iki ağdamlı gənci qətlə yetirdilər. İki gün əvvləl, 1988 fevralın 20-də Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibindən çıxıb, Ermənistanın tərkibinə birləşməklə bağlı qərar qəbul etdi”.

Politoloq qeyd edib ki, ermənilər, o cümlədəm S.Sərkisyan yalanlarının beynəlxalq aləmdə irəliləməsindən ruhlanırlar və yeni yalanlar uydururlar. Bunu dayandırmaq lazımdır:

“Ermənilər, o cümlədən S.Sərkisyan bilir ki, “Dağlıq Qarabağ xalqı” deyilən xalq mövcud deyil. Bu bir dəstə İrandan gəlmiş ermənilərdir. İndinin özündə də danışıqlarında və davranışlarında, hətta mətbəxlərində də İran elementlərini qoruyub saxlayıblar.

S.Sərkisyan özü vaxtı ilə bildirdi ki, “Ağdam nə vaxtdan erməni torpağı olub”. İndi həmin S.Sərkisyan RİA Novostidə Ağdamın adını Akna yazdırır. S.Sərkisyanın bütün davranışı göstərir ki, onun hələ də həqiqətə yaxınlaşmaq niyyəti yoxdur. Bu isə o deməkdir ki, Ermənistan dövlətçiliyi üçün çox böyük təhlükə mövcuddur. S.Sərkisyan başa düşür ki, Ermənistanın ictimai şüuru o istiqamətdə inkişaf edib ki, bir kəndin Azərbaycana qaytarılması ilə 7 rayonun da Azərbaycana qaytarılmasın da fərq yoxdur. Ona görə, çox yaxşı olardı ki, S.Sərkisyan ağıllansın, yalandan uzaqlaşsın və həqiqətə yaxınlaşsın.

Ağıl hələ tarixin heç bir zamanında Ermənistan üçün indi zəruri olan qədər zəruri olmayıb. Dağlıq Qarabağ münaqişəsi tənzimlənəcək. Hətta Ermənistandan qovulan azərbaycanlılar Ermənistana qayıdacaq. Zəngəzur azərbaycanlılarla məskunlaşacaq. Bu zaman məsələsidir”.

Əhmədoğlunun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı problemlərin indiki qaydada reallaşması Ermənistanın dövlət kimi mövcudluğuna şərait yaratmır:

“Ermənistan Azərbaycanla elə münasibətlər sisteminə malik olmalıdır ki, Azərbaycan ürəklə Ermənistana investisiya qoymağa cəhd etsin. Yalnız bu halda Ermənistan dövləti mövcud olacaq. Qaldı ki, 5 rayon söhbətinə hələ S.Sərkisyan və yaxud hər hansı bir erməni dəqiqləşdirsin ki, hansı 5 rayondan söhbət gedir. Dörd günlük aprel müharibəsindən sonra işğal altında olan rayonların coğrafiyası kökündən dəyişib. Bu gün Azərbaycan ordusu işğal altında olan Qubadlının bir qisminə qədər nəzarət edir.

Ermənilərin hər hansı bir təxribatı hətta Ermənistan Respublikasının rayonu olan Gorusun Azərbaycanın nəzarəti altına keçməsinə səbəb ola bilər. S.Sərkisyanın ağıllanması bu gün erməni dövlətini xilas edə bilər. Jirayr Sefilyan kimilərin apardığı proseslər göstərir ki, gec-tez S.Sərkisyan Dağlıq Qarabağdan qoşunlarının bir qismini çəkmək məcburiyyətində qalacaq. S.Sərkisyan bunu Azərbaycan Prezidentinə, Azərbaycan xalqına müraciət etməklə etsə, bu Ermənistan dövlətçiliyinin inkişafı üçün resurs qazanmış olur”.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21
Bütün xəbərlər