Sülhün və sabitliyin təmin olunması istiqamətində BMT-nin həyata keçirdiyi layihələr müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə qeyd etdikləri kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.
1news.az