Qulam İshaqzai: “Azərbaycanda davamlı inkişaf təmin olunub” | 1news.az | Xəbərlər
Siyasət

Qulam İshaqzai: “Azərbaycanda davamlı inkişaf təmin olunub”

20:41 - 05 / 08 / 2016
Qulam İshaqzai: “Azərbaycanda davamlı inkişaf təmin olunub”

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini BMT-nin Əhali Fondunun (UNFPA) yeni Rezident Nümayəndəsi statusunda qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Qulam İshaqzaini təbrik edib və ona bu statusda gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qulam İshaqzai təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Əhali Fondunun ölkəmizə göstərdiyi dəstək və yardımı təqdir edərək, Fondun Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biri olduğunu bildirib.

Həmçinin, Fondunun icraçı direktoru Babatunde Osotimehin keçən il Azərbaycana səfərinin təşkilatla əlaqələrin inkişafına təkan verdiyi və səfər zamanı ADA Universiteti ilə BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq çərçivəsinə təhsil və informasiya və kommunikasiya texnologiyaları kimi yeni ölçülər əlavə etdiyi qeyd olunub.

Qulam İshaqzai BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizin inkişaf sahəsində əldə etdiyi təsirli nəticələri, o cümlədən sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsini vurğulayıb.

Elmar Məmmədyarov məcburi köçkünlər məsələsinə və bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə toxunaraq, BMT-nin Əhali Fondunun fəaliyyətində onların problemlərinə xüsusi diqqətin ayrılmasının vacibliyini ifadə etdib.

Görüşdə BMT-nin Rezident Əlaqələndirici Ofisinin fəaliyyətinə aid olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
684

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər