Mübariz Əhmədoğlu: Üçtərəfli format Azərbaycanın Cənubi Qafqazın liderliyinə yolunun başlanmasının təsdiqidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Üçtərəfli format Azərbaycanın Cənubi Qafqazın liderliyinə yolunun başlanmasının təsdiqidir

12:30 - 12 / 08 / 2016
Mübariz Əhmədoğlu: Üçtərəfli format Azərbaycanın Cənubi Qafqazın liderliyinə yolunun başlanmasının təsdiqidir

Rusiya, Azərbaycan və İran prezidentlərinin Bakı sammiti baş tutdu. Bu format həm ölkə daxilində, həm də ölkədən kənarda xeyli müzakirə obyektinə çevrilməsi göstərir ki, Avrasiya materikində kifayət qədər ciddi proseslərin bünövrəsi qoyulur.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu avqustun 8-də Bakıda keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitini şərh edərkən deyib. Bildirib ki, Azərbaycan Prezidentinin ortalığa qoyduğu bu ideya Rusiya ilə İran arasında XIX əsrdən başlayan keçmiş tarixin konfliktogen resursu kənara qoymaqla, bütövlükdə Avrasiya materikində böyük bir sabitlik resursu yaratmağa yönəlib.

Azərbaycanın iri geosiyasi layihələrdə təcrübəsinin çox olduğunu deyən politoloq Azərbaycanın getdikcə geosiyasi oyunçuya çevrildiyini vurğulayıb:

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum indi də TAP, TANAP reallaşır. Bakıda sivilizasiyalararası forumların keçirilməsi adi hala keçirilib, bunlar hamısı geosiyasi addımlardır. Amma bütün bunların hamısında ekspertlər, xüsusilə Azərbaycanın bədxahı olan ekspertlər düşünə bilərlər ki, Azərbaycanın özünün faydası var deyə, bu addımları atır.

Amma Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən üç tərəfli forum göstərdi ki, Azərbaycan öz faydasını axırıncı sıraya qoyub. Bəlkə də hadisələrin gərgin istiqamətdə getməsi Azərbaycan üçün daha böyük fayda gətirə bilərdi. Amma bu bütövlükdə Avrasiya materiki üçün zərərli ola bilərdi. Ona görə, Azərbaycan Prezidentinin bu ideyasının reallaşması sırf geosiyasi ideya olaraq, Azərbaycanın geosiyasi oyunçuya çevrildiyinin təsdiqi oldu. Rusiya və İran dövlətlərinin parametrləri ilə müqayisədə Azərbaycan dövlətinin parametrləri elə də böyük diqqəti cəlb etmir. Amma hadisələrin özünün gedişinin məntiqi, o cümlədən ideya müəllifinin nüfuzu bu üç dövləti təxminən bərabər səviyyədə olmağa və bərabər səviyyədə məsələni müzakirə etməyə vadar etdi”.

M.Əhmədoğlu üçtərəfli formatın digər mahiyyətinin bir sıra mühüm layihələrin reallaşdırılmasından ibarət olduğunu söyləyərək, “Şimal-Cənub” dəmir yolu marşrutunun Qərb qanadı ilə bağlı bir sıra məsələlərin tamamilə həllini tapmasına diqqət çəkib:

“Yaxın aylarda bu marşrut demək olar ki, tam gücü ilə işləyəcək. Bu məsələdə Azərbaycanın maliyyə resursları özünün həlledici sözünü dedi. Azərbaycan tərəfi İranın əvəzində Astarada dəmir yolu körpüsünün tikintisini maliyyələşdirib. Bunun üçün Azərbaycan İrana 500 milyon dollar kredit verib. İran prezidenti H.Ruhani etiraf etdi ki, İranın ərazisindəki Astara-Rəşt dəmiryolunun rekonstruksiyasını da Azərbaycan və İran 50% olmaqla bərabər maliyyələşdirəcəklər.

Azərbaycanın maliyyəsi olmasaydı, “Şimal-Cənub” dəmir yolu marşrutu bəlkə də baş tutmazdı. Azərbaycan Prezidenti üç dövlətin birlikdə enerji dəhlizinin yaradılması ideyasını da irəli sürdü. İlk əvvəl elektrik enerjisi mübadiləsi reallaşdırılacaq, sonradan isə qaz nəqli reallaşdırıla bilər. Rusiya ilə İran Azərbaycan üzərindən qaz svopu reallaşdırmağı razılaşdırdılar. İranda sıxılmış qaz üçün çatışmayan texnologiyanı ucuz qiymətə Rusiya müəssisələri reallaşdıra biləcəklər. Rusiyanın İranın şimal regionlarını qazla təmin etmək ideyası da xüsusi diqqət çəkir.

İranın Azərbaycan Respublikası ilə həmsərhəd regionları da Rusiya və Azərbaycan qazı hesabına təmin oluna bilər. Əvəzində isə İran öz sıxılmış qazını dünya bazarına Rusiyanın və yaxud Azərbaycanın əvəzinə verə bilər və yaxud tərs mexanizmlər də mümkündür” .

Politoloqun sözlərinə görə, üçtərəfli sammitin ən mühüm həm cari, həm regional təsirlərindən biri də Rusiyanın Xəzər dənizindəki qaz kəmərlərinə münasibətinin dəyişilməsidir:

“V.Putin Bakıda bəyan etdi ki, Rusiya, Azərbaycan və İran Xəzərdə birgə qaz kəmərləri şəbəkəsi yarada bilər. Əgər Rusiya Xəzərdə qaz kəməri şəbəkəsi yaradılmasının mümkünlüyünü məqbul hesab edirsə bu, o deməkdir ki, Transxəzər qaz kəmərinin də reallaşması mümkündür. Bakı üçtərəfli sammiti aydın şəkildə göstərdi ki, Ermənistan və Azərbaycan tamam fərqli dövlətlərdir. Azərbaycan Rusiya və İranla birlikdə layihələr reallaşdırmaq gücündə olan dövlətdir. Ermənistan isə hələ də ki, dilənçi dövlət statusundan kənara çıxa bilmir. İranla qaz, elektrik enerjisi, dəmir yolu məsələsi Ermənistanda iqtisadi perspektivdə ən vacib yerdə dayanan layihələr idi. İndi artıq bu layihələrin taleyi həll olundu. Ermənistanın gələcək iqtisadi perspektivləri daha ciddi şəkildə şübhə altına düşdü. Bu, kontekstdən yanaşanda Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinin üçtərəfli formatda aktiv müzakirə olunmamasının səbəbini başa düşmək mümkündür. Üçtərəfli sammitin çox vacib əhəmiyyətlərindən biri ondan ibarətdir ki, bu ideya artıq xoşa gəlməyə başlayıb. Türkiyə prezidenti R.T. Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti V. Putinlə görüşərkən Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatını ortalığa sürdü.

Azərbaycan artıq bir daha dünya miqyasında ən vacib dövlətlərdən birinə çevrilir. Eyni zamanda artıq bəlli oldu ki, Azərbaycan Cənubi Qafqazın lideri yolundadır və bu vaxta qədər danışılanlar artıq özünün praktiki mərhələsinə keçib. Əgər Azərbaycan dünya miqyaslı lider hesab olunan dövlətlərlə oturub, bir sırada geosiyasi layihələr reallaşdırırsa və bu geosiyasi layihələrin Avrasiya materiki, dünya üçün konkret faydası mövcuddursa demək, Azərbaycanın Cənubi Qafqazın lideri olması təsdiqlənir və bu istiqamətdə də artıq praktiki iş başlanıb.

Gürcüstanın nəsə bir zərər çəkəcəyi ağıla gəlməzdir. Gürcüstan Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Amma Ermənistan Cənubi Qafqaz regionunun dalanından çıxmaq perspektivlərini tamamilə itirdi”.

1news.az

Paylaş:
774

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər