Toyda qan düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyda qan düşdü

13:33 - 20 / 08 / 2016
Toyda qan düşdü

Şəmkirdə toyda bıçaqlanma olub.

1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kənd sakini 1987-ci il təvəllüdlü Səfərov Elman Məhəmməd oğlu qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, E. Səfərov yaşadığı kənddə toy məclisində yaranan dava zamanı bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər