Usta ev sahibi qadını hədələyib soyğun etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Usta ev sahibi qadını hədələyib soyğun etdi

14:49 - 20 / 08 / 2016
Usta ev sahibi qadını hədələyib soyğun etdi

Bakıda quldurluq hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci PB-yə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.

Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər