Boşanmaq üçün alacağı 7 milyonu kasıblara bağışlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Boşanmaq üçün alacağı 7 milyonu kasıblara bağışlayacaq

1news Redaksiyası21:00 - 20 / 08 / 2016
Boşanmaq üçün alacağı 7 milyonu kasıblara bağışlayacaq

Aktyor Conni Depdən boşanacaq Amber Heard alacağı 7 milyon dollarlıq təzminatı ehtiyacı olanlar üçün xeyriyyə məqsədilə istifadə edəcəyini açıqlayıb.

1news.az axşam.az-a istinadən xəbər verir ki, 30 yaşlı model və aktrisa təzminatın onun üçün önəmli olmadığı söyləyib:

“Bu pulun özünü müdafiə etmək üçün mənim qədər şansı olmayanlar üçün dəstək olacağına ümid edirəm”.

A.Heard 7 milyon dollar bu məqsədlə “Amerika İnsan Haqları Birliyi” və “Los Anceles Uşaq Xəstəxanası” arasında bölüşdürəcəyini deyib.

1news.az

Paylaş:
7077

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər