Girdiman çayında təhlükə: suyunun rəngi və dadı dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Girdiman çayında təhlükə: suyunun rəngi və dadı dəyişib

16:24 - 21 / 08 / 2016
Girdiman çayında təhlükə: suyunun rəngi və dadı dəyişib

İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb.

1news.az APA-ya istinadən xəbər verir ki, artıq 10 gündür Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.

Çaya çirkli maddələrin axıdılması səbəbindən suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb. Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin və Ağsu şəhərinin sakinlərinin narahatlığına səbəb olub.

İsmayıllı rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə icra nümayəndəsi Rüstəm Babayev bildirib ki, yüz illərdir ki, Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayının duru suyunun son günlər yaşıl rəngə boyanması hamını ciddi narahat edir:

“On gün əvvəl Girdiman çayı ilə köpüklü su gəlib, sonra isə yaşıl rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik olan bu çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır. Zəhərli toksik maddələrin axıdıldığı Girdiman çayının suyu artıq insanların sağlamlığına da ciddi ziyan vurur

Son günlər Gəraybəyli kəndində 15-ə yaxın adam mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib. Çayın suyu qəflətən çirklənəndən sonra insanların səhhətində problemlər yaranıb. Suyun tərkibinin yoxlanılması və bunun insan sağlamlığına hansı təsirinin olub-olmadığını müəyyən etmək üçün aidiyyati qurumlara müraciət etmişik. Əvvəllər bu çayda belə bir hal baş verməyib. Hazırda bu sudan məişətdə istifadə etmək mümkün deyil”.

Xəlilli kənd sakini Vaqif Məmmədov və Gəraybəyli kənd sakini Məzahir Xəlilov bildirib ki, zəhərli toksik maddələrlə çirkləndirilən Girdiman çayının suyundan artıq içməli su kimi istifadə etmək, hətta çimmək və paltar yumaq mümkün deyil:

“Onlar içmək üçün hazırda avtomobillərlə baha qiymətə su almaq məcburiyyətində qaldıqlarını deyirlər. Kənd sakinləri məsələnin tezliklə araşdırılması və insanları təmiz sudan məhrum edən şəxslərin tapılması üçün aidiyyatı qurumlardan xahiş edirlər.

1news.az

Paylaş:
566

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər