Əmrə Aydın evləndi: özünə daha iki toy edəcək - FOTO
Məşhur müğənni Əmrə Aydın 2 ildir sevgili olduğu Eda Köksalla ailə qurdu.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim bu gün Edanın yaşadığı Ordu şəhərində baş tutub.
Məlumata görə, Əmrə Aydın doğma şəhəri Antalyada da toy edəcək. Sentyabrın 9-da isə daha bir mərasim İstanbulda Əmrənin dostları üçün təşkil ediləcək.
Qeyd edək ki, Eda nişanlısının ssenarisi əsasında çəkilən “Cinni: Uyanış” adlı qorxu filmində baş rolda yer almışdı.
1news.az
1020