Burun əməliyyatında ölən qız bu il ali məktəbə giribmiş - FOTO
Gəncədə burnundan estetik əməliyyat zamanı dünyasını dəyişən gənc qız barədə yeni məlumat üzə çıxıb.
1news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib.
Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.
Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
1news.az