Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb

17:04 - 23 / 08 / 2016
Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb

Gəncə şəhərində 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb.

1news.az “Report”a istinadən xəbər verir ki, avqustun 22-də “Yeni Gəncə Özəl Tibb Mərkəzində” əməliyyat olunarkən ölən şəhər sakini 1999-cu il təvəlüdlü Aygül Orucovanın yaxınları əməliyyatı aparan həkimləri, Mayıl Əliyev və Mehdi Talışinskini döyüblər.

Ağır xəsarətlər alan hər iki həkim tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər