ASAN xidmət mərkəzi Qəblədə fəaliyyətə başladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ASAN xidmət mərkəzi Qəblədə fəaliyyətə başladı - FOTO

17:14 - 23 / 08 / 2016
ASAN xidmət mərkəzi Qəblədə fəaliyyətə başladı - FOTO

Qəbələ şəhərində “ASAN xidmət” regional mərkəzinin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb.

1news.az xəbər verir ki, tkintisi 2016-cı ilin iyul ayında başa çatdırılıb.

Bina 4 mərtəbə və texniki zirzəmidən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Qəbələ “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ xidmət göstərilir.

Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s.) təşkil edilib.

Mərkəzdə əməkdaşların sayı 155, könüllülərin sayı 45 nəfərdir.

Mərkəzdə video müşahidə, video növbə sistemi, lift, 6 eskalator, yanğın təhlükəsizliyi sistemi, mərkəzi ventilyasiya sistemi, mərkəzi isitmə və soyutma sistemi, çiller, davamlı elektrik enerjisi ilə təmin edən UPS və generatorlar quraşdırılıb.

Mərkəzin ərazisində park salınıb, fontanlı kaskad şəlalə, uşaqlar üçün oyun meydançası, velosiped yolu, oturacaqlar, LED işıqlandırmalı fonarlar və informasiya tabloları, 120 avtomobillik park yeri, başqa regionlardan gələn vətəndaşlar üçün avtobus dayanacağı tikilib.

Qəbələ “ASAN xidmət” mərkəzi Balakən rayonu (əhalisi 94900 nəfər), Zaqatala rayonu (əhalisi 124700 nəfər), Qax rayonu (əhalisi 55200 nəfər), Şəki rayonu (əhalisi 181000  nəfər), Qəbələ rayonu (əhalisi 102898), Oğuz rayonu (əhalisi 84892), İsmayıllı rayonu (əhalisi 40845), Ağsu rayonu (əhalisi 76300), Şamaxı rayonu (əhalisi 97700), Qobustan  rayonu (əhalisi 44000) ərazisində qeydiyyatda olan, ümumilikdə 902435 vətəndaşa  xidmət göstərəcək.

Qəbələ “ASAN xidmət” mərkəzi Qəbələ şəhəri, Elçin Kərimov küçəsi 79 ünvanında yerləşir.

1news.az

Paylaş:
764

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər