Şahdağ üzərindən inanılmaz “uçuş”: yayda xizək kurortunda nə etməli – FOTO
Bir çoxlarımız yayın qızmar aylarında istidən qaçaraq kondissionerli məkanlarda gizlənmək istəyir. Beləcə özümüzü təmiz havada dərin nəfəs almaqdan məhrum edirik.
Müsbət haldır ki, ölkəmiz dağ rayonları ilə əhatə olunub. Bu rayonlara qısa müddətdə də olsa səfər etməklə yayın istisində sərinləmək, eləcə də təbiətin gözəlliklərindən zövq imkanını verir.
Belə məkanlardan biri də hər kəsə yaxşı tanış olan “Şahdağ” İstirahət Mərkəzidir. Beləki bu istirahət mərkəzi ilin qış fəslində hər tərəf qardan ağ rəngə bürünən zaman insanları xizək sürməyə cəlb edir. Lakin yay fəslində də kompleksin fəaliyyəti dayandırılmır. Burada müxtəlif tədbirlər təşkil edilir. Nümunə üçün, yaxın zamanlarda mərkəzin ərazisində qraffiti festivalı, eləcə də rəqs çempionatı keçirilib.
Ötən şənbə günü yolumuz yenidən Qusar rayonundan keçdi. Bu dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağın hədiyyəsi” adlı əyləncəli konsert proqramına təşrif buyurmuşduq.
Əcnəbi vətəndaşlarla yanaşı, ölkə əhalisinin bir çoxu ilə komfortlu avtobuslarla təyin olunmuş məkana yola düşdük. Qonaqlar açıq səma altında keçirilən və hər yaş qrupundan olan insanların zövqünü oxşayan canlı musiqi, eləcə də yerli müğənni və diceylərin ifasında maraqlı zaman keçirdilər. Qeyd edək ki, həmin günü uşaqlar üçün animator və oyunlardan ibarət xüsusi proqram təşkil edilmişdi.
Bütün bunlarla yanaşı, burada çox da böyük məbləğdə olmayan yay əyləncələri təşkil edilmişdi. İlk növbədə biz təlimatçının köməkliyi ilə seqvey əyləncəsindən istifadə etdik. Bu, ikitəkərli özünün balanslaşdıran elektriklə idarə olunan vasitədir. Bir qədər seqvey sürdükdən sonra daha ektremal, qanda adrenalini yüksəldən əyləncələrdən istifadə etmək qərarına gəldik.
Daha çox ziplayn xüsusi təəssüratlar oyatdı. Bu, arzu edənlər üçün inanılmaz sürətlə kəndir vasitəsilə enişdir. Ziplayn 45 metr hündürlükdə uçaraq ürəyin həyəcanlanması ilə bərabər, ətrafdakı yaşıllıqlardan zövq almaqdır.
Yeri gəlmişkən, bu əyləncə növü zamanı “Şahdağ”ın bir əməkdaşı prosesin əvvəlində, platformada ilk həyəcanlı addımlarını atdığın an yardımçı olur. Və son nöqtədə də digər əməkdaş təhlükəsiz dayanmaq üçün kömək edir.
Nəhayət bizə bob kartlar sürməyi tövsiyə etdilər. Bu – xüsusi troslar vasitəsilə hazırlanmış kiçik maşınlardır. Təlimatçıların kiçik treninqlərindən sonra yüksək sürətlə hərəkət edərək yarışdan böyük zövq aldıq.
Qeyd etmək istərdim ki, bu əyləncələrlə bağlı az da olsa fiziki hazırlığım yox idi. Lakin buna baxmayaraq bütün əlyəncələrdən istifadə etmək mən zərrə qədər də çətinlik törətmədi. Bununla da rahat şəkildə deyə bilərəm ki, “Şahdağ”da təqdim edilmiş yay əyələncələri hər bir yaşdan olan insanlar üçün uyğunlaşdırılmışdır.
Bütün bu əyləncələrlə yanaşı, kompleksin ərazində trotinetlər, kvadrasikllar və dağ velosipedi, eləcə də at sürmək də mümkündür.
Sonda bütün bu əyləncələrdən müsbət emosiyalar alaraq kanat yolu ilə dağlara qalxdıq. Burada bir qədər istirahət edərək təbiətlər təkbətək qaldıq. Hünüdür dağların zirvəsindən Qusarın yaşıl yamaclarından zövq aldıq.
Gün möhtəşəm atəşfəşanlıqla bitdi. Bundan sonra avtobuslar əyləşərək şəhərə qayıtdıq. Qeyd edək ki, “Şahdağ” İstirahət Mərkəzində yay mövsümü iyundan sentyabra qədərə davam edəcək. Sizin bu məkana gələrək unudulmaz gün keçirmək, eləcə də yaddaşlarınıza xoş xatirələr həkk etmək imkanınız var.
Leyla Məmmədova
Tərcümə: Samirə Xankişiyeva