Girdimanı çayında suyun rənginin dəyişməsinin səbəbi bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Girdimanı çayında suyun rənginin dəyişməsinin səbəbi bəlli oldu

16:30 - 24 / 08 / 2016
Girdimanı çayında suyun rənginin dəyişməsinin səbəbi bəlli oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli su kimi istifadə etdiyi Girdiman çayının suyunun son günlər ərzində yaşıl rəngə boyanması ilə bağlı apardığı müşahidələrinin nəticələrini açıqlayıb.

1news.az xəbər verir ki, bu barədə Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Trend-ə məlumat verib.

O deyib ki, çayın rənginin dəyişməsinində heç bir antropotogen təsir rol oynamayıb:

“Yəni nə toksiki maddə, nə də kimyəvi tərkibli axıntı olmayıb. Sadəcə olaraq, bu, hidroloji rejimlə bağlı olaraq, çaylarda azsululuq dövrünə təsadüf edir. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına və iyinin xoşagəlməz olmasına gətirib çıxarıb. Suyun  bütün keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb. Bu proses həmişə yay ayının sonunda təsadüf edir. Yəni azsululuq dövrünün pik vaxtıdır, bu dövrdə bunlar olur”.

1news.az

Paylaş:
442

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər