Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb

16:38 - 24 / 08 / 2016
Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

1news.az-ın “Report”-a istinadən verdiyi məlumatına, görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər