Şəkidə 20 yaşlı oğlan atasına məxsus avtomobili yandırıb
Şəkidə 20 yaşlı oğlan ailə münaqişəsi zəminində atasına məxsus avtomobili yandırıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, avqustun 23-dən 24-ə keçən gecə Şəki şəhəri S. Mumtaz küçəsində “CHRYSLER” markalı minik avtomobilində yanğın baş verib.
Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, rayonda maşın alqı-satqısı ilə məşğul olan Şəki şəhər sakini Eyvaz Nizami oğlu Əsgərov istifadəyə yararsız vəziyyətdə olan avtomobili bir-neçə gün əvvəl alıb.
Eyvaz Əsgərovun 20 yaşlı oğlu Peyman ilə aralarında olan ailə münaqişəsi zamanı Peyman atasından acıq çıxmaq məqsədi ilə avtomobilə od vurub.
Faktla bağlı araşdırma aparılır.
1news.az