Azərbaycanda avqustun 24-də 87 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda avqustun 24-də 87 cinayət faktı qeydə alınıb

17:36 - 25 / 08 / 2016
Azərbaycanda avqustun 24-də 87 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 24-də 87 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 36-sı “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

1news.az

Paylaş:
565

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər