Dövlət Gömrük Komitəsinin sədri Goranboy şəhərində vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsinin sədri Goranboy şəhərində vətəndaşları qəbul edib

17:30 - 26 / 08 / 2016
Dövlət Gömrük Komitəsinin sədri Goranboy şəhərində vətəndaşları qəbul edib

Avqustun 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

1news.az-ın məlumatına görə, qəbulda bölgədə yerləşən - Goranboy, Naftalan, Bərdə və Tərtər rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Komitə sədri A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər