Sumqayıtda inanılmaz hadisə - Həkim 5-ci mərtəbədən düşən uşağı göydə tutdu - VİDEO
Güclü zərbədən qadın yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb.
1news.az xezerxeber-ə istinadən xəbər verir ki, Sumqayıtda filmləri xatırladan qeyri-adi hadisə baş verib. Hündür binadan düşən uşağı yoldan keçən bir qadın göydə tutub.
Güclü zərbədən qadın yerə yıxılsa da, onların heç biri ciddi zədə almayıb.
İnanılmaz hadisə... 5-ci mərtəbədən yıxılan uşağı yerə düşməmiş bir həkim tutub. Hər kəsi heyrətləndirən hadisə dünən günorta saatlarında Sumqayıt şəhərində olub. 3-cü mikrorayon, ev 11/18- ünvanında 5-ci mərtəbədə evdə tək olan uşaq balkona çıxıb. Orada oynayarkən qəfildən aşagı düşüb.
Şahidlərin sözlərinə görə 3-cü mərtəbədə qonşu döşək səribmiş, oraya düşüb sürət azalıb, sonra sürüşüb. Uşağın əlləri 2-ci mərtəbədə paltar qurutmaq üçün istifadə olunan ipə ilişib. Bu zaman yoldan keçən həkim Çiçək Cahangirova uşagın sallandığını görüb. Təcili Tibbi Yardım stansiyasının həkimi olan Çiçək Cahangirova özünü itirmədən onu yerə düşməmiş göydə tutub.
Güclü zərbədən qadın yerə yıxılsa da, heç biri ciddi zədə almayıb. Uşağın həyatını xilas edən həkim Çiçək Cahangirova vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Oradan da 5 yaşlı Cavidi uşaq xəstəxanasına aparıblar. Həkimlərin sözlərinə görə, Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir. Sadəcə əli ipə ilişdiyi üçün zədələnib.
Cəmil Abbasov