Şabranda 4 otaqlı ev yanıb
Şabran rayonunda evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Çölquşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 m2 olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları 190 m2 sahədə yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub.
1news.az
695