Aygün Kazımova Avropa musiqi mükafatını almaq üçün Hamburqdadır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Aygün Kazımova Avropa musiqi mükafatını almaq üçün Hamburqdadır – FOTO – VİDEO

12:50 - 26 / 08 / 2016
Aygün Kazımova Avropa musiqi mükafatını almaq üçün Hamburqdadır – FOTO – VİDEO

Azərbaycanın Xalq artisi Aygün Kazımova Daf Bama Music Awards-un namizədləri sırasındadır. 

Daf Bama Music Awards mükafatı Daf Entertainment şirkəti tərəfindən dünya artistlərinə musiqi sahəsində nailiyyətlərinə görə verilir. Bu il təntənəli mükafatlandırma mərasimi avqustun 27-də  “Barklaykard Arena” stadionunda veriləcək. Burada dəfələrlə dünyaca məşhur artistlərin konsertləri baş tutub. 

Azərbaycan şou-biznesinin superstarı Aygün Kazımova “Best Azerbaijani Female Act” adına layiq görülüb. Qeyd edək ki, Aygün bu mükafata layiq görülmüş ilk azərbaycanlı artistdir.

Xalq artisti artıq Hamburqdadır. Daf Bama Music Awards-un təşkilatçıları Aygünü necə qarşıladıqlarını 1news.az oxucuları aşağıda qeyd olunmuş videodan görə bilər.

Ulduzun Daf Bama Music Awards-un qırmızı xalısı üçün obrazını dizayner Gulya Vəkilova, üslubunu isə stilist Ruha hazırlayıb.

Xalq artisti Almaniyaya böyük yaradıcı komandası ilə gedib. Səfərdə Aygün Kazımovanı onun yaxın dostu, müğənni Rəhim Rəhimli dəstəkləyib.

Daf Bama Music Awards mükafatlandırma mərasimi zamanı A.Kazımovanın musiqi prodüsseri gürcü pop-müğənni Stefan Mqrebrişvilidir ki, onun musiqiləri MTV Europe-un xit-paradında səslənir. Qeyd edək ki, S.Mqrebrişvili həmçinin dünyaca məşhur “The Voice” və “X-factor” layihələrinin Gürcüstan versiyasının münsiflər heyətinə daxildir.

1news.az

Paylaş:
1439

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər