Kanaldan meyit tapılıb
İtkin düşən şəxsin meyiti Samur-Abşeron su kanalından tapılıb.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Onun iyunun 6-da Şabran Rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
906