Prezident 8,6 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident 8,6 milyon manat ayırdı

18:39 - 27 / 08 / 2016
Prezident 8,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən 51 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon (səkkiz milyon altı yüz min) manat ayrılıb.

1news.az

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər