Aprel döyüşçüləri ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aprel döyüşçüləri ilə görüş keçirilib - FOTO

12:42 - 28 / 08 / 2016
Aprel döyüşçüləri ilə görüş keçirilib - FOTO

Müdafiə Nazirliyinin dəstəyi, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və maliyyə dəstəyi ilə aprel döyüşlərinin bir qrup iştirakçısının Lənkəran rayonundakı “Palıdlı sahil” istirahət mərkəzində ailə üzvləri ilə birlikdə istirahətləri təşkil olunub.

1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, yerli ictimaiyyət nümayəndələri və qarnizonun əsgərləri istirahət mərkəzində aprel döyüşlərinin iştirakçıları ilə görüşüblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu və onun maddi-texniki təchizatının möhkəmləndiyini vurğulayan Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani yeni döyüş texnikaları - zenit artilleriya qurğuları, təyyarələr, helikopterlər, gəmilər, lazımi silah-sursatlarla təmin olunduğunu diqqətə çatdırıb.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli partiyanın təşəbbüsünü yüksək dəyərləndirərək, aprel döyüşlərində şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu ənənənin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.

Daha sonra aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub.

 

1news.az

Paylaş:
711

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər