Bakıda və regionlarda qadınlar üçün pulsuz tibbi müayinələr keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və regionlarda qadınlar üçün pulsuz tibbi müayinələr keçirilib

23:12 - 29 / 08 / 2016
Bakıda və regionlarda qadınlar üçün pulsuz tibbi müayinələr keçirilib

Avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri İsrailin Qadın Sağlamlıq Mərkəzi, “Xorev” Tibb Mərkəzi və Torakal Cərrahiyə İnstitutunun 14 nəfərlik nümayəndə heyəti aparıb.

Heydər Əliyev Fondu, RİİB və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, dermаtologiya, endokrinologiya, terapevtik sahələr üzrə müayinələr keçirib. Hər şəhərdə 100-dən çox xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıblar. Müayinələr Bakıda Milli Onkologiya Mərkəzi, Mingəçevir və Gəncə şəhər klinik xəstəxanalarında təşkil olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə ötən müddət ərzində bölgələrdən sağlamlığa dair müxtəlif problemlərin, o cümlədən qadınlarda reproduktiv sistem xəstəliklərinin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olub. Onların təhlili nəticəsində RİİB ilkin olaraq qeyd edilən pulsuz tibbi müayinələrin təşkili ilə bağlı layihənin həyata keçirilməsinə qərar verib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulması istiqamətində layihələr həyata keçirir.

Azərbaycan və İsrail mütəxəssisləri müayinələrlə yanaşı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Eyni zamanda, İsrail həkimləri azərbaycanlı həmkarları ilə birgə Bakıda xəstənin döş qəfəsində uğurla nəticələnən torakoskopik əməliyyat ediblər.

Milli Onkologiya Mərkəzində keçirilən elmi konfransda iki ölkənin alimləri onkoloji xəstəliklərin erkən və dəqiq diaqnostikası mövzusunda məruzə ilə çıxış edib, yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər irəli sürüblər. Tərəflər tibb sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildiriblər.

1news.az

 

Paylaş:
591

Son xəbərlər

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 09:12Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19
Bütün xəbərlər