18 yaşlı gənc özünü öldürüb
Şəkidə 18 yaşlı oğlan tövlədə özünü asıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 06:30 radələrində rayonun Oxut kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Samran Vüqar oğlu Süleymanzadənin meyitini valideynləri tapıblar.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
1news.az
582