Yol Polisi İdarəsi polkovnik Rəşadət Babayevi ittiham edən videonun müəllifini məhkəməyə verəcək – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol Polisi İdarəsi polkovnik Rəşadət Babayevi ittiham edən videonun müəllifini məhkəməyə verəcək – VİDEO

12:42 - 29 / 08 / 2016
Yol Polisi İdarəsi polkovnik Rəşadət Babayevi  ittiham edən videonun müəllifini məhkəməyə verəcək – VİDEO

Bakı Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılmış hamilə qadının təhqir olunması və həyat yoldaşının polkovnik Rəşadət Babayev tərəfindən döyülməsini əks etdirən video ilə bağlı açıqlama verib.

1news.az-a  Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri, polkovnik Vaqif Əsədovun verdiyi xəbərə görə, R.Babayev İdarənin yol patrul xidməti alayının komandiri, Daxili İşlər Nazirliyinin əməkdar işçisidir, ona qarşı irəli sürülən bütün ittihamlar yalandır:

“Rəsmi olaraq bəyan edirəm ki, Yol Polisi İdarəsi polkovnik tərəfindən hamilə qadının həyat yoldaşının döyülməsilə bağlı sosial şəbəkələrdə yayılan məlumata görə məhkəməyə vermək niyyətindədir. Rəşadət Babayev heç kimi döyməyib və təhqir etəyib! Bu, açıq-aşkar təxribatdır. Paytaxtın yol polislərinin nüfuzdan salınmasına yönəlib”.

Həmçinin o, bir sıra jurnalistlərin İdarənin video ilə bağlı mövqeyini bilmədən reytinq xatirinə yayılmasına təəssüfləndiyini də bildirib:

“Həqiqət də isə hadisə bu cür baş verib: Yol Polisi əməkdaşları dayanacaq qaydalarını pozan sürücülərlə bağlı mübarizəni gücləndiriblər. Bu problemin daha fəal olan hissəsi Bakının – Tbilisi prospekti, 20 Yanvar metrostansiyasının ərtafı, Moskva prospekti 1-ci, 5-ci və 4-cü mikrorayonlar, eləcə də “Şamaxinka” adlanan yerdir.

Burada asayişin pozulması üçün bu təxribat keçirilib. Əvvələr burada maşınlar 2-3 sıra dayanırdı. Burada hərəkət etmək mümkün deyildi. Lakin polis əməkdaşları vəziyyətə diqqətlə yanaşdı və qaydaları pozan sürücüləri cərimələdi.  Bütün bunlar da Yol Polisinin nüfuzdan salınmasına yönəlib. Lakin bütün bunlardan heç nə alınmayacaq və qaydaları pozanlar cəzalandırılacaq!

Bu vidoe-çarxı çəkən sürücü haqda konkret olaraq deyə bilrəm ki, o, Yol Hərəkəti Qaydalarını pozub və maşını qadağan olunmuş yerdə saxlayıb. Daha sonra isə polis əməkdaşının əmrinə tabe olmayıb”, - bəyan edən V.Əsədov qeyd edib ki, Dövlət Yol Polisinin nüfuzuna xələl gətirmiş şəxslər yaxın zamanlarda məhkəmə qarşısında öz əməllərininin cavabını verəcək.

1news.az

Paylaş:
693

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər