“Aprel döyüşlərində Ermənistanın itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır” – AÇIQLAMA | 1news.az | Xəbərlər
Siyasət

“Aprel döyüşlərində Ermənistanın itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır” – AÇIQLAMA

12:59 - 29 / 08 / 2016
“Aprel döyüşlərində Ermənistanın itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır” – AÇIQLAMA

“Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.

Göstərilən bu rəqəmlər yalnız Ermənistandan orduya çağırılanların sayını əks etdirir. Düşmən tərəfi Silahlı Qüvvələrimizin məhv etdiyi Dağlıq Qarabağ ərazisindən çağırılanları və muzdluları yenə də qəsdən gizlədir”.

1news.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müxalif “Sasna Tsrer” qüvvələrinin Ermənistanın aprel döyüşlərində 150-dən artıq əsgərinin ölməsi, 200-dən çoxunun isə yaralanması barədə açıqlamasını şərh edərkən bildiriblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, bunlar da nəzərə alınsa, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır:

“Yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir.

Azərbaycan Ordusunun zərbəsindən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər.

Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi.

Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməzsə bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq", - deyə mətbuat xidmətindən bildiriblər.

1news.az

Paylaş:
647

Son xəbərlər

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21
Bütün xəbərlər