“Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib - FOTO
Bakıda “Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib.
1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən Sabunçu rayonundakı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil olunub.
Nazirliyin dəstəyi ilə reallaşdırılan tədbirdə fiziki imkanları məhdud əllidən çox gənc iştirak edib. Tədbir çərçivəsində iştirakçılar arasında “Breyn rinq”, şahmat və dama yarışları keçirilib. Həmçinin tədbirin ikinci günündə atıcılıq yarışları təşkil edilib, “Səs Azərbaycan” şousunun iştirakçılarının ifasında konsert proqramı olub.
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr, tədbir iştirakçılarına isə sertifikatlar təqdim edilib.
1news.az