Türkiyədə azərbaycanlı diplomatın ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinə dair məqaləsi çap olunub | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə azərbaycanlı diplomatın ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinə dair məqaləsi çap olunub

14:03 - 01 / 09 / 2016
Türkiyədə azərbaycanlı diplomatın ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinə dair məqaləsi çap olunub

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Şöhrət Mustafayevin Türkiyə Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Atatürk Araşdırma Mərkəzinin jurnalında “XVIII-XX əsrlərdə ermənilərin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığına köçürülməsi siyasəti” sərlövhəli elmi məqaləsi dərc edilib.

Məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisinə XVIII-XX əsrlərdə ermənilərin köçürülməsi siyasətindən və eyni zamanda, bu siyasətin nəticəsində yerli Azərbaycan türklərinə qarşı həyata keçirilən kütləvi qırğınlardan bəhs olunur. Müəllif tarixi Azərbaycan torpaqlarını işğal etməyə can atan və bu torpaqlarda öz maraqlarını hər zaman təmin etmək niyyətində olan çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində dünyanın müxtəlif yerlərindən, xüsusilə İran və Osmanlı dövlətlərinin ərazisindən İrəvan xanlığına ermənilərin köçürülmə siyasətinin ayrı-ayrı məqamlarını təhlil edib.

Məqalədə müxtəlif mənbələrə istinad edilərək çar Rusiyasının o dövrdə bölgənin böyük gücləri hesab olunan İran və Osmanlı dövlətləri ilə apardığı müharibələr zamanı və müharibələrdən sonra erməni din xadimləri və millətçi dairələri ilə birgə fəaliyyətlərinə dair yeni-yeni faktlar tədqiqata cəlb olunub. Yazıda, həmçinin öz müstəqilliyini qoruyaraq ermənilərin İrəvan xanlığı ərazisinə köçürülməsinin qarşısını almaq məqsədilə İrəvan xanlarının Osmanlı dövləti ilə münasibətlərinə dair mühüm məqamlardan bəhs olunur. Məqalədə İrəvan xanlarının yadelli işğalçılara qarşı mübarizədə Osmanlı sultanları ilə yazışmalarına dair mühüm mənbələr var.

Müəllif 1827-ci ildən XX əsrin sonlarına qədər olan müddətdə İrəvan və onun ətrafında aparılan demoqrafik siyahıyaalmanın nəticələrinə dair tarixi sənədlər əsasında son 200 ildə həyata keçirilən assimilyasiya siyasəti nəticəsində bu bölgədə azərbaycanlıların başlarına gətirilən ağır məhrumiyyətlər barədə oxucuları məlumatlandırır.

AZƏRTAC

Paylaş:
376

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər