Lənkəran sakini sarımsağa görə saxlanıldı
Polis əməkdaşları soyğunçuluq edən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, avqustun 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Abşeron rayon sakini Niyaməddin Tağıyevə məxsus 40 kiloqram sarımsağı soyğunçuluq yolu ilə aparan naməlum şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.
Araşdırmalar zamanı onun Lənkəran rayon sakini Seyran Hüseynov olması müəyyən edilib.
1news.az
1029