Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

18:25 - 01 / 09 / 2016
Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda BMTBaş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Həmsədrlər tərəflərlə təmasları davam etdirir və bu ayın sonunda BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır”, - deyə diplomat qeyd edib.

C. Uorlik həmsədrlərin gələn həftə Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrov və digər rəsmilərlə görüşməyə ümid etdiklərini də diqqətə çatdırıb: “Moskvada Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsini müzakirə etməyi nəzərdə tuturuq. Həmçinin, danışıqlar masasındakı hərtərəfli həllə gətirib çıxaracaq təkliflər də daxil olmaqla, növbəti addımlar barədə müzakirələr aparmağı planlaşdırırıq”.

Həmsədrlərin sentyabrın 8-də Moskvada məsləhətləşmələr aparması nəzərdə tutulur.

Qeyd edək ki, BMT Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçiriləcək.

1news.az 

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər