Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək

10:32 - 02 / 09 / 2016
Millət vəkili: Konstitusiyada ediləcək dəyişiklik vətəndaşlıq məsələsi ilə bağlı çaşqınlığı aradan götürəcək

Millət vəkili Vüsal Hüseynov növbəti dəfə şəxsi Facebook səhifəsində Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsində yer alan maddələrlə bağlı fikirlərini bölüşüb.

1news.az xəbər verir ki, millət vəkilinin yazdığına görə, Konstitusiyanın vətəndaşlıq hüquqnun təminatı ilə bağlı 53-cü maddəsinə təklif edilən dəyişiklikdə müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmə ilə bağlı yer alan “heç bir halda” tələbi Konstitusiyadan çıxarılsın və qanunla müəyyən edilmiş itirilmə halları istisna kimi əlavə edilsin:

“Konstitusiyanın mətnində mövcud “heç bir halda” ifadəsi müxtəlif vaxtlarda, xüsusilə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna edilən əlavə və dəyişiklər zamanı müzakirələrə səbəb olub və bəzi hallarda ictimaiyətdə çaşqınlıq yaradıb. Buna səbəb qanunvericiliyimizdə yer alan “vətəndaşlıqdan məhrumetmə”və “itirilmə” anlayışları arasındakı fərqə diqqət yetirilməməsi və ya qismən bununla bağlı qeyri-müəyyənliklə bağlı olub.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunda artıq “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla vətəndaşlığın itirilməsi üçün əsaslar müəyyən edilib”.

Dediklərinə nümunə gətirən V.Hüseynovun sözlərinə görə, Qanuna əsasən, Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığını könüllü əldə etməsi və ya xarici dövlətin silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək belə hallar üçün əsas hesab edilir. Bu halda vətəndaşlığın itirilməsi Qanunda müəyyən edilmiş şərtlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Belə istisnalar beynəlxalq tələblərə uyğundur.

“Konstitusiyaya təklif edilən dəyişikliklər vətəndaşlığa xitam verilməsi üçün heç bir yeni əsaslar və hüquqi çərçivə özündə daşımır, tam tərsi, bu istiqamətdə tamlığı təmin edəcək və çaşqınlığı aradan götürəcək”- deyə, millət vəkili qeyd edib.

Mövzu ilə əlaqədar:

Vüsal Hüseynov: Dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir

Vüsal Hüseynov “Meydan TV”-yə cavab verdi

Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

1news.az

 

Paylaş:
1241

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər